"Qərb ölkələri hərbi əməliyyatların dayandırılmasına nail olmaq üçün yaxın 8-10 gün ərzində Rusiyaya təzyiqləri artıracaq".
Oxu.Az xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron "Paris Match"a müsahibəsində deyib.
Fransa lideri bu məsələni aprelin 26-da Papa Fransiskin dəfn günü Vatikanda ABŞ və Ukrayna prezidentləri Donald Tramp və Volodimir Zelenski və Böyük Britaniyanın Baş naziri Kir Starmerlə müzakirə etdiyini bildirib:
"Mən ona (Tramp) bir daha dedim ki, Vladimir Putini atəşkəsə sövq etmək üçün Rusiya ilə daha sərt olmalıyıq. Yalnız Ukraynaya təzyiq etmək düzgün olmazdı".