Əgər siz 2023-cü il üçün ERP həlli axtarırsınızsa, o zaman biznesinizin rəqəmsal transformasiyasının doğru yolundasınız.
Dinamik inkişaf edən dünyamızda bu tip biznes həllini tapmaq və seçmək çox müşkül məsələdir. Tam özəlləşdiriləbilən proqram təminatını tapmaq asan deyil və əgər mümkün olsa belə, onun qiyməti adətən “kosmik” olur.
Bu gün “Cubics” sayəsində bu problemlər artıq asanlıqla həll olunur.
“Cubics BMS” istənilən biznes proseslərinin özəlləşdiriləbilən həllidir və eyni zamanda, bu həll xarici şirkətlərin analoji proqram təminatından 70% aşağı qiymətə təklif edilir. Bu xüsusiyyətlər “Cubics” həllərini istənilən şirkət üçün demək olar ki, ideal ERP həllinə çevirir.
“Cubics” özəllikləri

- Tez-hesabatlar ilə təmin edilmiş Əsas Göstəricilər Səhifəsi
- Agile üçün xüsusiyyətlər (sprints, priorities, backlog və s.)
- Tamamilə özəlləşdiriləbilən modullar
- Çox rahat interfeys
- Məlumatları idxal/ixrac etmək imkanı
- Qlobal giriş imkanı
- İstənilən cihazdan daxil olma imkanı və s.
“Cubics” mənfi cəhətləri

- Bütün komanda sistemin yaradılması və onun fərdiləşdirilməsi prosesində iştirak etdiyi üçün onlara bu proses uzun və qeyri-adi kimi görünə bilər.
“Cubics” portfoliosu

“Cubics” həlləri artıq 100-dən çox şirkətlər tərəfindən tətbiq edilib. FMG, “Pasha Technology”, “BME-Schindler”, “Baku City Residence”, “Landau School”, “Scanex” kimi Azərbaycanın aparıcı şirkətləri öz seçimlərini “Cubics” həllərinin üzərində saxlayıblar.