Beynəlxalq 5-ci “Burj CEO” Mükafatları mərasimi bu il Dubayda keçirilib.
Minlərlə CEO və yüksək səviyyəli menecerlərin qatıldığı bu mərasim əvvəlki illərdə ABŞ, İngiltərə, ÇİN və Mavrikidə keçirilib. Mərasimdə “Günaydın” restoranlarının sahibi Cüneyt Asan xüsusi mükafatla təltif olunub.
Cüneyt Asan çıxışında “World CEO Club Network”un prezidenti Tarıq Nizamiyə və münsiflər heyətinə təşəkkür edib: “Bu mükafatı alarkən keçirdiyim qürur və hissləri təsvir edə bilmirəm. Mən çox sevindim ki, iş dünyasının Oskarları sayılan bir qurum türkə xüsusi mükafat ayırıb, ona “Ət kralı” adını verib.
Ailəmə və indi bu mükafatla qeydiyyatda olan “Ət Krallığı”mın bütün könüllülərinə təşəkkür etmək istərdim. Əziz ölkəm, gözəl millətim üçün belə qürur mənbəyi olduğuma görə çox xoşbəxtəm və özümlə fəxr edirəm. Bəli, onilliklər ərzində zəhmətin nəticəsi budur”.