“Hədiyyənin dəb ünvanı” sloqanı ilə tanınan və startap layihə olan “Photomart”, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İçərişəhərdə (Qoşa Qala Meydanı) təşkil etdiyi “KOB Fest” - sərgi-satış yarmarkasında öz məhsullarını sərgiləyib.
Məqsəd, insanları yeni, kreativ və xüsusiləşdirilmiş hədiyyə nümunələri ilə tanış olmasını təmin etməkdir. Məhsullar arasında, taxta materialdan hazırlanan və üzərinə ad yazıla bilən şamdanlar, çərçivələr, bloknotlar, müxtəlif formalı şəxsə özəl dizayn edilən taxta şəkillər yer alıb.
Vaxta qənaət məqsədilə yaradılan Photomart.az veb saytına daxil olaraq, bir toxunuşla sifariş vermək mümkündür. Cəmi bir il fəaliyyətdə olmasına baxmayaraq, yetərincə kütləsi olan “Photomart” gənc və dinamik komandası ilə bu zamana qədər onminlərlə məmnun müştərinin üzünü güldürüb.
Günümüzdə onlayn sifariş getdikcə inkişaf edir və “Photomart” bu vədi verərək, insanlara özəl hədiyyə nümunələrini canlı rənglərdə dizayn edir, çatdırır. Müştərilər, rahatlıqla saytdan sifariş edərək, göstərilən digər xidmətlərdən, yəni, sifarişə nəzarət, intellektual editor və s. istifadə edirlər.
“Photomart” - Hədiyyənin dəb ünvanı!