"KOB FEST sərgi-satış yarmarkası" teqi üzrə xəbərlər

KOB Fest sərgi-yarmarkası — mikro və kiçik sahibkarlar tərəfindən istehsal olunan məhsul və xidmətlərin təşviqinə və satış imkanlarının genişləndirilməsinə dəstək məqsədilə KOBİA tərəfindən təşkil edilən sərgi-yarmarkadır.

Bu cür yarmarkaların keçirilməsinin məqsədi kiçik və orta biznes subyektlərinin məhsul və xidmətlərini geniş istehlakçı auditoriyası arasında populyarlaşdırmaq, onların satışına kömək etmək, həmçinin istehlakçıları bu subyektlər tərəfindən təklif olunan məhsul və xidmətlərdən istifadəyə təşviq etməkdir. "KOB FEST" sərgi-yarmarkasında mikro və kiçik sahibkarlıq subyektləri, sənətkarlar və yaradıcı şəxslər iştirak edə bilərlər.

Yarmarkanın keçirilmə tarixləri və regionları haqqında məlumatı KOBİA-nın saytından əldə etmək olar. "KOB FEST"də öz məhsul və xidmətlərini təqdim etmək istəyən mikro və kiçik sahibkarlar üçün iştirak pulsuzdur, bütün xərclər dövlət dəstəyi hesabına qarşılanır.

Yarmarkada iştirak etmək üçün mikro və kiçik sahibkarlar KOBİA-nın saytında yerləşdirilmiş onlayn ərizə formasını doldurub qeydiyyatdan keçə bilərlər.