Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
![Göyçayda "KOB FEST" sərgi-satış yarmarkası keçiriləcək](https://images.oxu.az/2024/11/25/SomlGXqWUd1pRgSvlr4R6mHYoDpIuJfRHbTSlSAS:1200.webp)
Göyçayda "KOB FEST" sərgi-satış yarmarkası keçiriləcək
Dekabrın 3-5-də Göyçay rayonunda "KOB FEST" sərgi-satış yarmarkası keçiriləcək.
Oxu.Az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyi məlumat yayıb.
Bildirilib ki, KOBİA-nın təşkilatçılığı ilə keçiriləcək yarmarkaya qatılmaqla KOB subyektləri istehsal etdikləri məhsul və xidmətləri geniş istehlakçı auditoriyasına tanıda, satış imkanlarını artıra və yeni biznes əlaqələri qura biləcəklər.
Yarmarkada məhsul və xidmətlərini təqdim etmək istəyən Göyçay və ətraf bölgələrdən olan KOB subyektləri noyabrın 29-dək Agentliyin saytındakı müvafiq formanı doldurmaqla müraciət edə bilərlər: https://smb.gov.az/az/contact-form/exhibition-form/1 ("İştirak etmək istədiyiniz tədbir" bölümündə "KOB Fest - Göyçay" qeyd olunmalıdır).
Mikro və kiçik sahibkarların yarmarkada iştirak etməsi üçün ödəniş nəzərdə tutulmur.
"Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA)" teqi üzrə xəbərlər
- KOBİA sahibkarları sahəvi görüşlərdə və maarifləndirici tədbirlərdə aktiv iştirak etməyə çağırıb
- Daha dörd KOB subyekti vergidən azad olundu
- KOBİA biznes biliklərinin artırılması üzrə dəstək və xidmətlərindən 13 mindən çox şəxs faydalanıb
- Ötən il KOB evlərində sahibkarlara 456 minə yaxın xidmət göstərilib
- KOBİA nümayəndələri Almaniyada keçirilmiş tədbirlərə qatılıb