Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Əfsanəvi "Prado" Gürcüstanda təqdim olundu
Ötən ilin avqust ayında açıqlanmış yeni nəsil "Land Cruiser 250" modeli 10-13 iyun tarixlərində "Prado" sevənlərə təqdim olundu. Gürcüstanda baş tutan təqdimat mərasimi maraqlı tədbirlər və test yürüşləri ilə yadda qaldı.
"Kutaisi Inn" hotelində baş tutan tədbirdə iştirakçılara "Land Cruiser 250" modelinin ənənəvi ruhuna sadiq qalaraq yenilənmiş xarici görünüşü, "Multi-Terrain Select", "Crawl Control", stabilizatoru ayırma mexanizmi kimi bir sıra yenilikləri, təkmilləşdirilmiş sürmə və idarəetmə performansı, həm yolda, həm də yolsuzluq şəraitindəki bənzərsiz rahatlığı haqqında geniş məlumat verildi.
Azərbaycanı təmsil edən media qrupu tədbirə 11 iyun tarixində qoşuldu və 12 iyunda baş tutan test yürüşündə də iştirak etdilər.
İlk baxışdan media qrupunun diqqətini çəkməyi bacaran avtomobil həm "Prado" ənənəsini, həm də müasir elementləri özündə birləşdirmə tərzi ilə hər kəsi təəccübləndirməyi bacardı.
"Toyota Caucasus" yeni modelin yolsuzluq bacarıqlarını göstərməyin ən gözəl üsulunu birbaşa sahədə təcrübə etmək olduğunu düşündüyündən iştirakçılar üçün "Muaşi" resortundan və Kulbaki gölündən keçərək Prometeus mağaralarında yekunlaşan bir test yürüşü marşrut xətti təşkil etdi.
İştirakçılar test yürüşü zamanı "Prado" əfsanəsinin daha da güclənməsini hiss edərək yeni modelin əvvəlki modellərlə müqayisədə hansı üstünlüklərə sahib olduğunu gördülər. Onlar "Multi-Terrain Select" sistemi ilə avtomobilin fərqli sürmə ssenarilərinə adaptasiya olmasını, "Crawl Control" sistemi ilə enişli-yoxuşlu yollarda sürətin stabil saxlanmasını, avtomobilin hər şəraitdə təqdim etdiyi komfortu və idarəetmənin hər kəs üçün rahat və əlçatan olmasını birbaşa təcrübə etdilər.
"Toyota Land Cruiser 250" modelinin Azərbaycanda satışı, komplektasiyası və qiyməti ilə bağlı daha ətraflı məlumatı "Toyota"nın Azərbaycandakı rəsmi dilerlərindən əldə edə bilərsiniz.
Rəylər