Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Evdən çıxmadan işə düzəlin
“Rahat” supermarketlər şəbəkəsi işsiz vətəndaşları əməkdaşlığa dəvət edir.
Oxu.Az xəbər verir ki, ölkə ərazisində koronavirus pandemiyası ilə mübarizə çərçivəsində ticarət mərkəzləri və bir sıra iaşə obyektlərinin fəaliyyəti dayandırılıb. Nəticədə, bəzi vətəndaşlar işsiz qalıb.
Bildiyimiz kimi, hazırda ən çox işçi heyətinin çalışdığı yerlərdən biri supermarket şəbəkələridir. “Rahat” supermarketlər şəbəkəsinin rəhbərliyi də mövcud vəziyyəti nəzərə alaraq, işsiz şəxslərə dəstək məqsədilə əməkdaşlıq təklif edir.
Koronavirus pandemiyası ilə mübarizə çərçivəsində üç həftə ərzində elan edilən vakansiyalar üzrə “Rahat” supermarketlər şəbəkəsinə iş ilə bağlı çoxsaylı müraciətlər olub. Müvafiq vakansiyalar üzrə 100 nəfərdən çox şəxs “Rahat” supermarketlər şəbəkəsində işə qəbul olunub.
İşə qəbul prosesi bu gün də davam etməkdədir.
Belə ki, “Rahat” supermarketlər şəbəkəsinin rəhbərliyi tezliklə paytaxtın Binəqədi rayonu, Binəqədi şossesi, 5 ünvanında açılacaq yeni “Rahat supermarket” filialı üçün aşağıdakı vakansiyalar üzrə iş yerləri elan edib:
- Satıcı⠀
- Kassir⠀
- Anbar işçisi⠀
- Nəzarətçi⠀
- Qablaşdırıcı
Maraqlanan şəxslər aşağıdakı əlaqə nömrələrinə müraciət edə bilərlər:⠀
(+994 55) 355 13 44
(+994 55) 909 23 99
Eyni zamanda, CV-ləri [email protected] elektron poçt ünvanına göndərmək olar. Qeyd edək ki, iş üçün müraciət edən şəxslərlə iş görüşməsi onlayn şəkildə təşkil olunacaq. Müraciət edən şəxslərin qeyd edilən müraciət vaxtlarını nəzərə almaları xahiş olunur:
Müraciət vaxtları:
Həftənin 1-5-ci günləri saat 10:00 - 16:00;
Həftənin 6-cı günü saat 10:00 - 13:00.