Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

"Expressbank" 18 müştərisinə qiymətli hədiyyələr təqdim etdi
"Expressbank" ASC "VISA kart" istifadəçiləri üçün keçirilən "Şans Ekspressi" lotereyasının IV rübü üzrə ilk tirajının qalibləri təsadüfi seçimlə müəyyənləşib. Qaliblərin seçimi şirkətin rəsmi sosial media hesablarında - canlı yayımında baş tutub.
Belə ki, bu tirajda da 18 şanslı "VISA kart" istifadəçisi qalib olub və üç ədəd "iPhone 16", beş ədəd "Apple Watch 10" və 10 ədəd "Apple AirPods 4 ANC" qazanıb.
Qaliblərimiz: https://bit.ly/4k3Fuf0
Lotereya davam edir!
"Şans Ekspressi" lotereyası 31.03.2025-ci il tarixinə qədər davam edəcək və təsadüfi yolla seçilmiş şanslı "Expressbank VISA kart" istifadəçiləri qalib olacaqlar. SON iki tiraj üzrə bir ədəd "Volkswagen" markalı elektrikli avtomobil, "iPhone 16", "Apple Watch 10" və "AirPods 4" hədiyyələri öz qaliblərinə çatacaq.
Lotereyada necə iştirak etmək olar?
Lotereyada iştirak üçün alış-veriş zamanı ödənişlərinizi "Expressbank VISA kart"ları ilə edərək hər 10 AZN ödənişdə şanslar qazana bilərsiniz. Lotereyada bütün valyutalar üzrə həm debet, həm də kredit kartları iştirak edə bilər.
Bir əməliyyat üçün hesablanan şans sayları kartın növünə görə birqat, ikiqat və üçqat ola bilər. Lotereyada şans qazanmaq limitsizdir.
Lotereya haqqında ətraflı məlumat almaq üçün linkə keçid edin.
"Expressbank" - İşiniz rahat getsin!