"Expressbank" "Təbiətə qayğı - Gələcəyə miras" korporativ sosial məsuliyyət layihəsi çərçivəsində növbəti ağacəkmə aksiyasını həyata keçirib.
Bərdə Rayon İcra Hakimiyyətinin dəstəyi ilə rayonun Əliyanlı və Şirvanlı kəndlərinin yolkənarı ərazilərində keçirilən aksiyada ümumilikdə 300 ədəd iqlim şəraitinə uyğun ağac əkilib. Təşəbbüsdə "Expressbank"ın baş ofis və Bərdə filialının əməkdaşlarından ibarət komanda fəal iştirak edib.
Ağacəkmə aksiyası ətraf mühitin qorunmasına, yaşıllıq sahələrinin artırılmasına və ekoloji məsuliyyət prinsiplərinin təşviqinə yönəlib.
"Expressbank" sosial məsuliyyət prinsiplərinə sadiq qalaraq təbiətin mühafizəsinə və daha yaşıl mühitin formalaşmasına xidmət edən təşəbbüslərini bundan sonra da davam etdirməyi planlaşdırdığını bildirib.
"Expressbank" Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Bərdə, Şirvan, Qusar, Xaçmaz və Lənkəranda olmaqla, ümumilikdə 18 filialı ilə fəaliyyət göstərir. Bankın məhsul və xidmətləri ilə www.expressbank.az saytından, "132" məlumat mərkəzindən və ya bankın "Instagram", "Facebook", "LinkedIN" və "Telegram" sosial media platformalarındakı rəsmi hesablarından tanış ola bilərsiniz.
"Expressbank" ASC Azərbaycan Mərkəzi Bankı tərəfindən 30 dekabr 1992-ci il tarixində verilmiş №119 lisenziya əsasında fəaliyyət göstərir. Ünvan: Bakı şəhəri, Y.V.Çəmənzəminli küçəsi, 134C.