"Expressbank" müştərilərə rahat bank xidməti göstərmək üçün daha bir yeniliyə imza atıb. Belə ki, "Expressbank" İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi ilə əməkdaşlığı çərçivəsində, artıq bank xidmətlərini rəqəmsal şəxsiyyət vəsiqəsilə həyata keçirməyə başlayıb.
Başqa sözlə, bank xidmətlərindən yararlanmaq üçün şəxsiyyət vəsiqənizi fiziki olaraq təqdim etməyə ehtiyac yoxdur. Çünki şəxsiyyət vəsiqənizin bütün məlumatlarını "mygov" tətbiqindən əldə etmək imkanınız var. Bunun üçün "mygov" tətbiqindəki dinamik QR kodun aşağı hissəsində görünən 8 simvoldan ibarət kodu bank əməkdaşına təqdim etməyiniz kifayətdir.
Məlumat üçün bildirək ki, bu yenilik 16 iyul 2024-cü il tarixində "Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında" Azərbaycan Respublikası Qanununda edilən dəyişikliyə əsasən həyata keçirilir.
"Expressbank" ASC Bakı və regionlarda 16 filialı ilə fəaliyyət göstərir.
Bankın məhsul və xidmətləri ilə www.expressbank.az saytından, 132 Məlumat Mərkəzindən və ya sosial şəbəkələrdəki rəsmi səhifələrindən tanış ola bilərsiniz.
Lisenziya №119, 30.12.1992, AR MB. Bakı şəh., Y.V.Çəmənzəminli küç., 134C.
"Expressbank" - İşiniz rahat getsin!
Rəylər