Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

"Expressbank"dan yaşıl təşəbbüsə dəstək
Məsuliyyətli maliyyə institutu olan "Expressbank" Qlobal Təkrar Emal Günü münasibətilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "Batareyaları təhvil ver, təbiəti qoru" layihəsinə qoşulub.
Belə ki, ekoloji təşəbbüsə dəstək olaraq "Expressbank"ın baş ofisi ilə yanaşı, həm də filiallarında batareya tullantılarının utilizasiya məqsədilə toplanması üçün qutular yerləşdirilib. Bu təşəbbüs çərçivəsində müştərilər və əməkdaşlar istifadə olunmuş batareyaları "Expressbank" filiallarındakı bu qutulara atmaqla ekoloji cəhətdən təhlükəsiz şəkildə təkrar emalına dəstək ola biləcəklər.
Məlumdur ki, batareya tullantıları düzgün idarə olunmadıqda torpaq və su üçün ciddi çirkləndirici faktorlardan birinə çevrilir. "Expressbank" bu təşəbbüsə qoşulmaqla ekoloji tarazlığın qorunmasına töhfə verməyi və cəmiyyətin ekoloji şüurunu artırmağı hədəfləyir.
Qeyd edək ki, bu təşəbbüs "Expressbank"ın "Təbiətə qayğı - Gələcəyə miras" adlı ekoloji layihəsi çərçivəsində dayanıqlı və yaşıl bankçılığa dəstək naminə həyata keçirdiyi silsilə aksiyalardan biridir.