Sosial məsuliyyət xarakterli tədbirləri və layihələri daim öz fəaliyyətinin ayrılmaz hissəsi sayan və bu istiqamətdə aktiv iştirak edən “Expressbank”, bu dəfə isə 1 İyun-Uşaqların Müdafiəsi Gününə həsr edilmiş “Ürəkdən ürəyə” adlı korporativ qan vermə aksiyasını təşkil edib.
“Korporativ Sosial Məsuliyyət” layihələri çərçivəsində baş tutan aksiyada əməkdaşların qan vermədən öncə tibbi müayinələri edilmiş və toplanan qan ehtiyatı aidiyyəti üzrə Mərkəzi Qan Bankına təqdim edilib.
“Expressbank” gələcəkdə də bu növ layihələr üzrə fəaliyyətini davam etdirəcək.