"Geely Azərbaycan" avtomobil sahibi olmaq istəyənlər üçün yeni və əlçatan şərtlərlə təqdim olunan daxili kredit kampaniyasına start verdiyini elan edib. Bu kampaniya çərçivəsində müştərilər avtomobili indi əldə edib, ödənişə 2 ay sonra başlaya bilərlər.
"Geely"nin daxili kredit mexanizmi bank və lizinq qurumları olmadan, birbaşa rəsmi satış mərkəzində həyata keçirilir. Proses sürətli, şəffaf və əlavə zamin tələb olunmadan təşkil edilir. Ən əsası isə - bütün xərclər ilkin ödənişə daxildir.
Kampaniyaya daxil olan modellər və ilkin ödəniş məbləğləri aşağıdakı kimidir:
- "Coolray" - 5 689 manat.
Dinamik dizaynı və texnoloji funksiyaları ilə tanınan "Coolray" şəhər sürücüləri üçün həm üslub, həm də performans təqdim edir.
- "Geometry E" (elektrikli şəhər avtomobili) - 4 533 manat.
Tam elektrikli və kompakt dizaynlı "Geometry E" şəhəriçi istifadəyə ideal seçimdir.
- "Radar RD6" (elektrikli pikap) - 8 023 manat.
Geniş yükdaşıma qabiliyyəti və elektrik mühərriki ilə "Radar RD6" həm güc, həm də səmərəliliyi bir arada təklif edir.
- "Okavango" (7 nəfərlik ailə avtomobili) - 7 377 manat.
Böyük ailələr üçün nəzərdə tutulmuş Okavango modeli geniş salonu və çoxistiqamətli rahatlığı ilə seçilir.
"Geely Azərbaycan" nümayəndələrinin verdiyi məlumata görə, yeni kampaniyanın məqsədi müştərilərə daha çevik və rahat avtomobil sahibi olmaq imkanı təqdim etməkdir. Artıq avtomobil alışı zamanı uzunmüddətli sənədləşmə, yüksək faiz dərəcələri və bank prosedurlarına ehtiyac qalmır.
Ətraflı məlumat üçün *2229 nömrəsi ilə əlaqə saxlaya və ya Babək prospekti, 35A ünvanında yerləşən "Geely Azərbaycan" satış mərkəzinə yaxınlaşa bilərsiniz.