Bu gün yerli supermarket brendi olan “Grandmart”ın filialının Qazaxıstanın Aktau şəhərində möhtəşəm açılışı həyata keçirilib və tədbir yerli mediada geniş şəkildə işıqlandırılıb.
Oxu.Az xəbər verir ki, Turan Özbahceci və Eşqin İsmayıllı rəhbərliyi altında fəaliyyət göstərən “Grandmart” marketin Aktau filialının sahəsi 2 500 kv-mdir. Eyni zamanda burada 20 000-dən çox məhsul çeşidi var ki, onların əksəriyyəti Azərbaycan və Türkiyə istehsalıdır.
Marketin açılışı ilə 60 yeni iş yerinin yaranması Qazaxıstan iqtisadiyyatı üçün də töhfə oldu. Açılış mərasimində Turan Özbahceci ilə Mangistau vilayətinin meri arasında qida məhsullarının qiyməti və onların ehtiva edilməsi ilə bağlı memorandium da imzalanıb.
İstər ölkə iqtisadiyyatına valyutanın cəlb olunması, istərsə də ölkəmizin xarici arenada təmsil olunması və tanınması yolunda Qazaxıstanda açılan yerli “Grandmart” supermarket brendi həmçinin Azərbaycanın ölkə sərhədlərini aşan ilk market brendidir.
Bu filialın sadəcə başlanğıc olması, bir çox ölkələrdə yeni filialların açılması və yerli brend olaraq dünyada Azərbaycanı təmsil etmək siyasətinin “Grandmart” marketin əsas fəaliyyət prinsipi olaraq qiymətləndirilməsi və nəhayət, Azərbaycan market brendlərinin də dünyada tanınmış və tələb olunan markaya çevrilməsi amalı, həm ölkə iqtisadiyyatının inkişafı baxımından, həm də ölkə hüdudlarından kənarda, beynəlxalq arenada Azərbaycan adının tanınmasında müəyyən rol oynaması və bayrağımızın dalğalanması baxımından ölkə olaraq hər bir vətəndaşımızın qürur duyacağı məqsəddir.