Siz də kofeni gündən-günə daha çox sevməyə başlayırsınız? Həm evdə, həm də ofisdə kofenizin tez bir zamanda hazır olmasını istəyirsiniz? Sürətlə artan bu ehtiyacı nəzərə alaraq, Bakıda tamamilə yeni konseptli bir kofe məkanı - “Espresso Club Azerbaijan” faəliyyətə başlayıb.
“Espresso Club Azerbaijan” kofesevərlərə “Pitti Caffe” brendinin müxtəlif növ kapsullarını təqdim edir. Bu kapsullar hər biri özündə unikal dad və zövq oxşayan kofeni birləşdirir. Klubda sadə dadla yanaşı, fındıqlı, vanilli və digər dadlarda zəngin kapsul çeşidi təklif olunur.
Espresso maşınları isə “Espresso Club Azerbaijan” tamamilə pulsuz, hədiyyə olaraq verilir. Belə ki, “Espresso Club Azerbaijan”a gələrək kampaniya çərçivəsində müqavilə imzalayan hər kəs Kluba üzv olur və məşhur italyan “Pitti Caffe” brendinin espresso maşınını dərhal hədiyyə alır.
Kampaniya şərtləri isə çox sadədir: illik abunə olan hər kəs üç aylıq kofe ehtiyatını əvvəlcədən alır və dördüncü aydan etibarən doqquz ay boyunca aylıq kofe kapsulunu sifariş verir. Xatırladaq ki, bir kapsul bir manat dəyərindədir və bir kapsuldan bir fincan kofe hazırlanır.
“Espresso Club Azerbaijan” bununla kofesevərlər arasında həqiqi bir bağ qurmaq, sözün əsl mənasında Klub anlayışını yaratmağa çalışır. Bu isti atmosferi siz də Azərbaycan pr. 29 ünvanına gedərək yaşaya bilərsiniz. Burada həm kofe kapsullarını yerindəcə dadmaq, həm də kampaniya şərtləriylə yaxından tanış olmaq imkanınız olacaq. *5599 nömrəsi də xidmətinizdədir. Zənglər ödənişsizdir.
Siz də öz hədiyyə espresso maşınınızı götürməyə tələsin!
Facebook: https://www.facebook.com/espressoclubaz/
İnstagram: https://www.instagram.com/espressoclubazerbaijan/