1 sentyabr 2022-ci il tarixində qlobal texnologiya brendi olan “HONOR” “Abşeron Marriot” hotelində influenser və jurnalistlərin iştirakı ilə yeni smartfonunun təqdimatını keçirib.
Təqdimat mərasiminə keçməzdən əvvəl onu da qeyd edək ki, dünyada “HONOR” smartfonlarının artıq 180 milyon nəfərdən çox istifadəçisi var. “HONOR” smartfonları dözümlülüyü, enerji alma sürətinə, enerji saxlama müddətinə, foto-video çəkiliş keyfiyyətinə görə, qiymət etibarı ilə özündən baha rəqiblərlə belə rəqabət apara bilir. Hazırda “HONOR”un 13 mindən çox işçisi var.
İndi isə keçək möhtəşəm təqdimatı keçirilən “HONOR” yeni smartfonuna. Bu mobil cihazı “HONOR”un flaqmanı adlandırsaq, yanılmarıq. Söhbət “HONOR 70” smartfonundan gedir.
Heyrətamiz yeni video imkanları, təkmilləşdirilmiş foto rejimləri və ən son foto sensoru “Sony IMX800” təchiz edilən “HONOR 70” dünyada vloqinq üçün smart çəkiliş rejiminə sahib ilk smartfondur.
İsti qarşılanmadan sonra təqdimat mərasimində ilk olaraq söz “HONOR”un Azərbaycan üzrə direktoru Şon Maoya verildi. “HONOR” məhsul əsaslı bir şirkətdir. Məhsullarımızın mükəmməlliyini gerçəkləşdirmək üçün dayanmadan çalışırıq. Biz istifadəçi ehtiyacları və texnoloji yeniliklər arasında mükəmməl tarazlıq axtarırıq və buna həmişə nail oluruq. Bax, sinfində ən yaxşı olan məhsulları belə inkişaf etdiririk”, - deyə o bildirdi.
Şon Mao, həmçinin şirkətin Azərbaycan bazarında HONOR cihazları xəttini genişləndirmək üzrə iddialı planlarını bölüşüb.
Daha sonra şirkət nümayəndələri Azərbaycanda “HONOR” xəttinin ən son məhsulu olan “HONOR 70” smartfonunun Azərbaycanda satışa çıxarıldığını elan ediblər. Smartfon heyrətamiz üçlü kamera xüsusiyyətlərinə və yüksək performansa malikdir, əyri ekrana sahib parlaq, simmetrik korpus isə premium və zövqlü görünür. Şirkət bu smartfonun ən tələbkar istifadəçini belə mütləq cəlb edəcəyindən əmindir. Maraqlıdır ki, Azərbaycan smartfonun satışa çıxarıldığı ilk ölkələrdən biri olub. Bu gün Berlində keçirilən IFA beynəlxalq sərgisində də qlobal təqdimat baş tutub.
Sonra söz tədbirin aparıcısı keçmiş “Dəyirman” qrupunun üzvü, şou-biznesdə ABD Malik təxəllüsü ilə məşhurlaşan müğənni Malik Kələntərliyə verildi. Malik bəy “HONOR 70” və onun xüsusiyyətləri haqqında çox geniş məlumat verdi.
“HONOR 70” korpusu çox nazikdir, qalınlığı cəmi 7,91 mm, çəkisi cəmi 178 q-dır. Kiçik çantalara və ciblərə asanlıqla sığır. “HONOR 70” 58° əyilmiş kənarları olan parlaq 6,67 düymlük OLED displeylə gəlir. O, enerjiyə qənaət edən “Qualcomm Snapdragon 778G Plus” çipi ilə təchiz edilib və yüksək performans və istifadəçi təcrübəsi təqdim edir. “HONOR 70” ən son “HONOR Magic UI 6.1” və “Android 12” ilə işləyən ilk “HONOR” smartfonudur ki, istifadəçilər üçün daha fərdi təcrübə, daha çox rahatlıq və məhsuldarlıq təmin etmək üçün bir sıra təkmilləşdirilmiş, fərdiləşdirilə bilən funksiyalara sahibdir.
Qonaqlar üçün ən yaddaqalan “HONOR 70”in zərif zərgərlik sənətindən ilhamlanaraq ortaya çıxarılan asimmetrik əsas kamera blokuna malik premium dizaynı olub. Xarici olaraq, smartfon həqiqətən diqqəti cəlb edir. Parlaq və zərif şüşə korpus gecə yarısı qarası, zümrüd yaşılı və kristal gümüşü rənglərdə təqdim olunur.
Digər yaddaqalan məqam isə “HONOR 70”in çəkiliş xüsusiyyətləridir. Bu mobil cihaz heyrətamiz təsvirlər və yüksək dəqiqliyə sahib kadrlar üçün öz sinfində ən yaxşı Süni İntellektli üçlü əsas kamera sistemi və “HONOR”un patentləşdirilmiş “HONOR Şəkil Motoru” ilə təchiz edilmişdir. Foto və video çəkilişlərin belə mükəmməl alınması heç də təəccüblü deyil, çünki bu kamera super təkmil “Sony IMX800” sensorunun dünya debütüdür. 54MP 1/1.49"-lük əsas sensoru ilə “HONOR 70” daha parlaq, daha əhatəvi çəkilişlər üçün daha çox işıq tutur ki, bu da az işıqlı mühitlərdə və xüsusilə gecə vaxtı çox vacibdir. “HONOR 70” həm də makro obyektiv kimi də işləyən 50 meqapiksellik 122°-li genişbucaqlı kamerası ilə hamının qəlbini fəth edib.
“HONOR 70”in maraqlı funksiyası “Smart Video Fokus” toplu şəkil çəkdirmə və ya video çəkmə halları üçün təqdim olunur. Bunun köməkliyi ilə smartfon eyni vaxtda rəqqaslar qrupunun videosunu və seçilmiş rəqqasənin “solo ifası”nı qeydə alıb. Seçilmiş personajın mövqeyini real vaxtda asanlıqla hesablayan və izləyən süni intellekt alqoritmləri sayəsində “HONOR 70” eyni vaxtda həm ümumi video qrupu, həm də seçilmiş şəxsin həmişə kadrın mərkəzində olduğu video yaradır. İştirakçı bloqer və influenserlər qeyd ediblər ki, “Smart Video Fokus” və əvvəlcədən təyin edilmiş kontentin işlənməsi rejimləri həqiqətən onların məzmununu zənginləşdirməyə kömək edəcək və ümumilikdə onların işini daha rahat və asan hala gətirəcək.
Təqdimat mərasiminin rəsmi hissəsindən sonra əyləncəli hissəsi başladı. Hətta qonaqlardan biri keçirilmiş yarışda “HONOR 70”in sahibi oldu. Digər qonaqlar da tədbirdən əliboş getmədilər. Onlara şirkət tərəfindən müxtəlif qiymətli hədiyyələr verildi. Bir sözlə, möhtəşəm təqdimat və əyləncə dolu anlar qonaqların hər birində xoş təəssürat yaratdı.
Qiymətlər və Mövcudluq
“HONOR 70”nin Azərbaycanda rəsmi satışına sentyabrın 2-dən etibarən “İRŞAD” mağazalarında start verilib. Smartfon üç zərif və dəbdə olan rənglərdə (zümrüd yaşılı, gecəyarısı qarası, kristal gümüşü) satışa çıxarılacaq. Müştərilər “HONOR 70”in onlara ən uyğun versiyasını seçə biləcəklər: 8+128 GB versiyası 1199,99 AZN, daha çox yaddaşa malik 8+256 GB versiyası isə 1299,99 AZN-dir.