Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

"HUAWEI nova 13" və "HUAWEI nova 13i": Yeni nəsil dizayn
"HUAWEI nova 13" və "HUAWEI nova 13i" futuristik dizaynı ilə diqqət çəkir. Geometrik korpus teksturası və ulduz orbit halqası formasında hazırlanmış kamera modulu bu seriyanın ən önəmli dizayn xüsusiyyətlərindəndir. "HUAWEI nova 13"ün simmetrik dizaynı və "HUAWEI nova 13i"ın forması ilə kosmik harmoniyanı əks etdirən kamerası istifadəçilərə həm estetik, həm də funksional baxımdan üstün təcrübə təqdim edir. Hər iki model innovasiya və zərifliyin mükəmməl birləşməsidir. "HUAWEI nova 13" və "HUAWEI nova 13i" rəng seçimləri ilə istifadəçilərin fərdi üslubunu əks etdirmək üçün geniş imkanlar yaradır. "HUAWEI nova 13" dumanlı yaşıl, ağ və klassik qara rənglərdə təqdim olunur və premium görünüş yaradır. "HUAWEI nova 13i" isə mavi və ağ rəngləri ilə daha gənc və dinamik dizaynı vurğulayır. Hər iki model, unikal rəng tonları ilə müasir texnologiyanı estetik görünüşlə birləşdirir.
Görkəmli ekran və güclü prosessor
"HUAWEI nova 13" və "HUAWEI nova 13i" yüksəkkeyfiyyətli displeyləri ilə vizual təcrübəni yeni səviyyəyə qaldırır. "HUAWEI nova 13" 6.7 düymlük OLED ekranı, 1.07 milyard rəng və 120 Hz yenilənmə tezliyi ilə inanılmaz görüntü təqdim edir. "HUAWEI nova 13i" isə 6.7 düym LCD ekran, 16.7 milyon rəng və 90 Hz adaptiv yenilənmə tezliyi ilə mükəmməl rəng və detalları əks etdirir. "HUAWEI nova 13" və "HUAWEI nova 13i" müasir prosessorları ilə yüksək performans təqdim edir. "HUAWEI nova 13" güclü "Huawei Kirin 8000" çipi və 2.4 GHz sürəti ilə sürətli və axıcı işləmə təmin edir. "HUAWEI nova 13i" isə "Qualcomm Snapdragon™" 680 prosessoru ilə stabil və enerjiyə qənaətcil işləmə imkanı yaradır. Hər iki model "EMUI 14.2" interfeysi ilə istifadə rahatlığını artırır.
Geniş yaddaş, rahat istifadə
"HUAWEI nova 13" geniş yaddaş həcmi ilə müasir istifadəçilərin bütün ehtiyaclarını qarşılamaq üçün nəzərdə tutulub. 12GB RAM və 256GB və ya 512GB daxili yaddaşla, böyük faylları, videoları və oyunları problemsiz saxlamaq mümkündür. "HUAWEI nova 13i" isə 8GB RAM və 128GB və ya 256GB yaddaşı ilə gündəlik istifadə üçün idealdır.
"HUAWEI nova 13" 60 MP ultrageniş portret rejimli ön kamerası ilə 4K keyfiyyətində möhtəşəm şəkillər çəkir. "XD Portrait Engine" texnologiyası üz cizgilərini vurğulayır və işıq balansını qoruyur. "HUAWEI nova 13i" isə 8 MP selfi kamerası ilə gündəlik çəkilişlər üçün idealdır və 1080p videoları dəstəkləyir.
"HUAWEI nova 13" 50 MP "Ultra Vision" kamerası və RYYB rəng filtri sayəsində möhtəşəm foto keyfiyyəti təqdim edir. 8 MP ultrageniş makrokamera 112° bucaq və 2 sm makro çəkiliş imkanı yaradır. "HUAWEI nova 13i" isə 108 MP əsas kamera və 2 MP makro kamera ilə dəqiq və aydın görüntülər təmin edir.
"Huawei şirkəti" teqi üzrə xəbərlər
- Elektromobillər üçün avtomatik enerjidoldurma stansiyaları: Çindən innovativ yenilik
- "HUAWEI" planşetləri təhsil, mobil oyunlar, rəsm çəkmək, sənədlərlə işləmək üçün universal seçimdir
- Huawei "Ultimate design" konsepsiyasında yeni fəsil açır
- "Huawei" Dubayda qatlanabilən məhsullarda mükəmməlliyin yeni erasını nümayiş etdirdi
- Çin avtomobil brendi "Rolls-Royce" və "Maybach" üçün rəqib hazırlayıb