Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

İKT sahəsində insan kapitalının inkişafına töhfə verəcək önəmli tərəfdaşlıq
Almaniyanın nüfuzlu Bremen Konstruktor Universiteti Azərbaycana gəlir.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və tabeliyində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi "Digital Azerbaijan Talent School" proqramının başladığını elan edib. Almaniyanın nüfuzlu Bremen Konstruktor Universiteti ilə əməkdaşlıq çərçivəsində hazırlanmış bu proqram Azərbaycanda kompüter elmləri və İKT sahələrində gənc istedadların yetişdirilməsi məqsədini daşıyır.
STEM təhsilinə innovativ yanaşmaları ilə tanınan Konstruktor Universiteti ilə əməkdaşlıq Azərbaycana bir sıra üstünlüklər gətirir. Proqram azərbaycanlı tələbələri beynəlxalq proqramlaşdırma müsabiqələrində fərqlənmək və daim inkişaf edən rəqəmsal mənzərədə gələcək karyeralarına hazırlamaq üçün lazım olan alətlərlə təmin edəcək. Bu proqramda iştirak etməklə tələbələr nəinki əsas bilikləri əldə edəcəklər, həm də güclü portfoliolar yaratmaq və beynəlxalq səviyyədə tanınmış sertifikatlar almaq imkanı əldə edəcəklər. Bütün bunlar proqram iştirakçılarına həm ali təhsildə, həm də qlobal iş bazarında rəqabət üstünlüyü verəcək. Standart məktəb proqramlarından kənara çıxan təhsil təcrübəsi təklif etməklə "Digital Azerbaijan Talent School" Azərbaycan gəncləri arasında alqoritmik təfəkkür və peşəkar proqramlaşdırma və problem həlletmə bacarıqlarını inkişaf etdirməyə yönəlib.
"Digital Azerbaijan Talent School" 2024-cü ilin avqust-noyabr ayları arasında davam edəcək hibrid təlim düşərgəsidir. Düşərgə beynəlxalq proqramlaşdırma olimpiadalarına hazırlıq məqsədilə "Advanced Computer Science" və qızlar arasında İKT-ni təşviq etmək məqsədilə "Girls in IT" olmaqla 2 istiqamətdə baş tutacaq. "Digital Azerbaijan Talent School" təlim düşərgəsinə 14 yaşdan yuxarı sinif şagirdləri və universitet tələbələri müraciət edə bilərlər. İngilis dilində keçiriləcək təlimlərə son müraciət tarixi 11 avqust 2024-cü ildir.
"Advanced Computer Science" istiqamətinə müraciət üçün: https://bit.ly/advancedcomputerscienceskills
"Girls in IT" istiqamətinə müraciət üçün: https://bit.ly/girlsinit
Konstruktor Universitetinin unikal təhsil proqramı ilə Azərbaycana gəlməsi yerli gənclərin beynəlxalq səviyyədə rəqabət aparmaq üçün lazım olan bacarıq və biliklərlə təchiz olunmasında mühüm addımdır. İKT sahəsində insan kapitalının inkişaf etdirilməsi və gənclərin arasında innovativ təfəkkürün formalaşdırılmasında beynəlxalq təcrübədən yararlanmaq bu tərəfdaşlığın əsas məqsədləri sırasındadır.
Bremen Konstruktor Universiteti bakalavr, magistr və ya doktorantura dərəcələri üzrə təhsil verən Almaniyanın İKT sahəsi üzrə peşəkar özəl universitetidir. Universitetdə 110 ölkədən olan təxminən 92% əcnəbi tələbə təhsil alır və 33% beynəlxalq müəllim heyəti çalışır. Konstruktor Universiteti Avropanın ən çox beynəlxalq tələbələri olan universitetidir ki, tələbələrinin əksəriyyəti Şərqi Avropa, Rusiya, Çin və s. ölkələrdəndir. Konstruktor Universitetinin rəqəmsal iqtisadiyyatda uğurlu olan "Constructor Technology", "Acronis", "Virtuozzo" və "JetBrains" daxil olmaqla qabaqcıl texnologiya şirkətləri ilə əməkdaşlıqları vardır.
Bu təşəbbüsün ən mühüm cəhətlərindən biri yüksək keyfiyyətli təhsilin hamı üçün əlçatan olmasına diqqət yetirilməsidir. Proqram bu sahədə həvəsli olan azərbaycanlı tələbələrə beynəlxalq təhsil platformasına və ekspertlərə təmənnasız çıxışla öz potensiallarını maksimum dərəcədə artırmaq və rəqəmsal dünyada uğurlu gələcəyə hazırlaşmaq imkanını təqdim edir.
"Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi" teqi üzrə xəbərlər
- Kibermühitdə uşaqlara nəzarət etmək nə dərəcədə mümkündür? - "Kaspi"nin ARAŞDIRMASI
- Azərbaycanda taksi şirkəti və direktoru cərimələnib
- Azərbaycan startap ekosistemi üzrə Mərkəzi Asiyada ən çox irəliləmiş ölkə elan edilib
- Azərbaycanda mobil operatorların tarifləri kəskin artırmasına RƏSMİ REAKSİYA
- Tahir Gözel Kenya Prezidenti Uilyam Ruto ilə görüşüb