Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Sosial şəbəkə vasitəsilə dələduzluq edən şəxs saxlanılıb
Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə sosial şəbəkələrdə dələduzluq edən Nicat Abdullayev saxlanılıb.
Oxu.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupu məlumat yayıb.
Bildirilib ki, həmin şəxs "TikTok" sosial şəbəkəsində tanış olduğu Hacıqabul rayon sakininə özünü bank işçisi kimi təqdim edərək ona onlayn yolla kredit verəcəyini vəd edib.
Vətəndaşa 1600 manat məbləğində kredit təsdiq olunandan sonra isə N.Abdullayev həmin pulu öz kartına yönləndirib.
Faktla bağlı cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.
N.Abdullayevin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə polisə məlumat verə bilərlər.
"Daxili İşlər Nazirliyi (DİN)" teqi üzrə xəbərlər
- Adamlardan xəbərsiz adlarına kredit götürülüb
- Bakının mərkəzində külli miqdarda PUL TAPILDI - Sahibinin adı AÇIQLANDI
- Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi ENDİRİLDİ
- Paytaxtın mərkəzi küçəsində QƏZA: İşıqfor zədələndi
- Rüsvayedici xəbərlər yayıb, silinməsi üçün pul tələb edən sayt rəhbərinə hökm oxundu
Rəylər