Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Paris-2024: Azərbaycan medal sıralamasında neçəncidir?
Azərbaycan Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında medal sıralamasında 24-cü pillədə qərarlaşıb.
Oxu.Az xəbər verir ki, hələlik komandanın aktivində 2 qızıl, 2 gümüş və 1 bürünc mükafat var.
Cüdoçular Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) olimpiya çempionu olublar. Taekvondoçu Qaşım Maqomedov (58 kq), boksçu Alfonso Dominqes gümüş, yunan-Roma güləşçisi Həsrət Cəfərov (67 kq) bürünc medala sahib çıxıb.
Ukrayna (3 qızıl, 4 gümüş, 4 bürünc) 18-ci, İran (2 qızıl, 4 gümüş, 2 bürünc) 23-cü, Gürcüstan (1 qızıl, 2 gümüş, 1 bürünc) 42-ci, qardaş ölkə Türkiyə (3 gümüş, 3 bürünc) 61-ci, Ermənistan (2 gümüş, 1 bürünc) 66-cı sıradadır.
İlk "üçlük"də ABŞ (33 qızıl, 39 gümüş, 39 bürünc), Çin (33 qızıl, 27 gümüş, 23 bürünc) və Avstraliya (18 qızıl, 16 gümüş və 14 bürünc) yer alıblar.
Hələlik 86 ölkə mükafat əldə edə bilib.
Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.
"Hidayət Heydərov" teqi üzrə xəbərlər
- Olimpiya çempionlarımız dünya reytinqində liderdirlər
- Hidayət Heydərov ən reytinqli cüdoçuların siyahısında ikinci pilləyə yüksəlib
- Cüdoçuların dünya reytinqinin ilk onluğunda altı azərbaycanlı yer aldı
- Hidayət Heydərov 2024-cü ilin ən yaxşı kişi cüdoçusu SEÇİLDİ
- Paris-2024-də idmançılara verilən medalların dəyişdiriləcəyi vaxt açıqlanıb