Bakıda keçirilən cüdo üzrə dünya çempionatında Azərbaycan millisi daha bir medal qazanıb.
Oxu.Az xəbər verir ki, 73 kiloqram çəki dərəcəsində mübarizə aparan Rəşid Məmmədəliyev üçüncü yer uğrunda görüşdə braziliyalı idmançı Daniel Karginə qalib gəlib.
Beləliklə, Rəşid Məmmədəliyev dünya çempionatının bürünc medalına sahib çıxıb.
Xatırladaq ki, daha əvvəl bu çempionatda 60 kiloqram çəki dərəcəsində mübarizə aparan Azərbaycan cüdoçusu Əhməd Yusifov qızıl medal qazanıb.
Azərbaycan cüdoçusu Rəşid Məmmədəliyev Bakıda keçirilən dünya çempionatında növbəti qələbəsini qazanıb.
Oxu.Az xəbər verir ki, millinin üzvü təsəlliverici görüşdə italiyalı idmançı Leonardo Valeriyanini ipponla məğlub edib.
Bununla da rəqibini üstələyən Rəşid Məmmədəliyev 73 kiloqram çəkidə bürünc medal uğrunda döyüşə çıxacaq.
Azərbaycan cüdoçusu Rəşid Məmmədəliyev Bakıda keçirilən dünya çempionatında 1/4 final görüşünə çıxıb.
Oxu.Az xəbər verir ki, 73 kq çəki dərəcəsində mübarizə aparan idmançı bu mərhələdə fransalı Dalyan Boulemtafeslə qarşılaşıb.
R.Məmmədəliyev rəqibinə 0:2 hesabı ilə uduzub.
Cüdoçumuz mübarizəni təsəlliverici görüşdə davam etdirəcək. Bu görüşdə onun rəqibi italiyalı idmançı Leonardo Valeriyani olacaq.
İdmançımız bu görüşdə qələbə qazanacağı təqdirdə bürünc medal uğurunda döyüşə çıxacaq.
Hidayət Heydərov Bakıda keçirilən dünya çempionatında mübarizəni dayandırıb.
Oxu.Az xəbər verir ki, 73 kiloqram çəki dərəcəsində çıxış edən olimpiya çempionu 1/8 finalda italiyalı Covanni Esposito ilə qarşılaşıb.
H.Heydərov rəqibinə cərimə xalları hesabına məğlub olaraq mundialla vidalaşıb.
Azərbaycan cüdoçusu Rəşid Məmmədəliyev Bakıda keçirilən dünya çempionatında növbəti qələbəsini qazanıb.
Oxu.Az xəbər verir ki, 73 kq çəki dərəcəsində çıxış edən idmançı 1/8 final mərhələsində Böyük Britaniya təmsilçisi Etan Nairiyə qalib gəlib.
R.Məmmədəliyev 1/4 finalda fransalı Dayyan Boulemtafeslə üz-üzə gələcək.
Azərbaycan cüdoçusu Xədicə Qədəşova Bakıda keçirilən dünya çempionatında çıxışını erkən başa vurub.
Oxu.Az xəbər verir ki, 57 kq çəki dərəcəsində mübarizə aparan 20 yaşlı idmançı 1/32 finalda Qırğızıstan təmsilçisi Janar Joldoşeva ilə qarşılaşıb.
Rəqibinə məğlub olan X.Qədəşova mundialla vidalaşıb
Azərbaycan cüdoçusu Rəşid Məmmədəliyev də Bakıda keçirilən dünya çempionatında ilk görüşünü qələbə ilə başa vurub.
Oxu.Az xəbər verir ki, cüdoçumuz 1/32 final mərhələsində kanadalı idmançı Castin Lemiri məğlub edərək növbəti mərhələyə adlayıb.
R.Məmmədəliyevin 1/16 finaldakı rəqibi Böyük Britaniya təmsilçisi Etan Nair olacaq.
Azərbaycan cüdoçusu Hidayət Heydərov Bakıda keçirilən dünya çempionatında növbəti qələbəsini qazanıb.
Oxu.Az xəbər verir ki, 73 kq çəki dərəcəsində mübarizə aparan H.Heydərov 1/16 finalda Finlandiya təmsilçisi Valtteri Olinlə qarşılaşıb.
Rəqibinə qalib gələn cüdoçumuz adını 1/8 finala yazdırıb. O, bu mərhələdə italiyalı idmançı Covanni Esposito ilə üz-üzə gələcək.
Azərbaycanın cüdoçusu Hidayət Heydərov Bakıda keçirilən dünya çempionatına qələbə ilə start verib.
Oxu.Az xəbər verir ki, 73 kq çəki dərəcəsində tatamiyə çıxan H.Heydərov 1/32 finalda Kosovo təmsilçisi Akil Qyakova ilə qarşılaşıb.
Rəqibini məğlub edən Azərbaycan cüdoçusu adını 1/16 finala yazdırıb
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatında oktyabrın 6-da üçüncü yarış gününün görüşləri keçiriləcək.
Oxu.Az xəbər verir ki, Azərbaycan millisinin üç üzvü bu gün mübarizəyə qoşulacaq.
Qadınların -57 kq çəki dərəcəsində Xədicə Qədəşova 1/32 finalda Qırğızıstan təmsilçisi Janar Joldoşeva ilə qarşılaşacaq.
Kişilərin -73 kq çəkisində Hidayət Heydərov 1/32 finalda Kosovo təmsilçisi Akil Qyakova ilə üz-üzə gələcək.
Eyni çəkidə Rəşid Məmmədəliyev mübarizəyə 1/16 finaldan başlayacaq. Onun rəqibi Adil Osmanov (Moldova) - Castin Lemir (Kanada) görüşünün qalibi olacaq.
Qeyd edək ki, mundial oktyabrın 11-də başa çatacaq. Yarışın ilk günündə Azərbaycan millisinin üzvü Əhməd Yusifov (60 kq) qızıl medal qazanıb.