"İnternational" bank olmayan kredit təşkilatı yerli bazarda investorlar üçün misilsiz qazanc imkanları təklif edən yeni yüksək gəlirli "Artım" istiqrazını təqdim edir. İllik 15%-ə qədər gəlir ilə bu istiqraz ölkədə hazırda mövcud olan sərfəli investisiyalardan seçilir.
"İnternational" bank olmayan kredit təşkilatının sədr müavini Əşrəf Dadaşov bildirib ki, BOKT 2013-cü ildə təsis edilib:
"Artıq 10 ildən çoxdur fəaliyyət göstəririk. 36 filial şəbəkəmiz 15 mindən çox müştəriyə müxtəlif məhsullarla xidmət göstərməkdədir. Hal-hazırda yeni məhsulumuz olan artım istiqrazları nominal dəyəri 1000 manat olmaqla 24 ay müddətinə, illik 15 faiz gəlirliklə, ödənişləri aylıq ödənilmək şərti ilə buraxılması planlaşdırılır. Banklarla müqayisədə həm gəlirlilik, həm də vergi xərclərindən azad olunması nöqteyi-nəzərdən sərfəli bir məhsuldur. Bildiyiniz kimi vətəndaşların banklara depozit qoyduğu təqdirdə əldə etdikləri faizlərdən müəyyən vergi xərcləri tutulmaqdadır. Amma bizim istiqrazlarla bağlı faizlə ödənişdə hər hansı bir vergi xərclərinin ödənməsi nəzərdə tutulmur. Məhsulu 36 filial şəbəkəmizdən eyni zamanda istiqraz.az saytından, əlavə olaraq *1543 zəng mərkəzi ilə əlaqə saxlayaraq əldə etmək mümkündür. Vəsaitin istifadəsi əlbəttə ki, müştərilərimiz üçün yenidən istehlak kreditləri kiçik və orta biznesin inkişafı və aqrar sahənin inkişafı ilə bağlı kreditlərin verilməsi planlaşdırlır və bununla bağlı strategiyamız artıq hazırdır".
Məlumat üçün onu da bildirək ki, "Artım" istiqrazları Bakı Fond Birjasının ticarət platformasında hərrac vasitəsi ilə yerləşdiriləcək. İnvestorların əldə etdiyi istiqrazların saxlanması və uçota alınması Milli Depozit Mərkəzi tərəfindən aparılacaq.
"İnternational" bank olmayan kredit təşkilatındən YENİLİK
Rəylər