"Apple" dünyasını daha yaxından kəşf etmək istəyənlər üçün "Kontakt"da yeni ünvan var. Sabahdan etibarən şəbəkənin "Bakıxanov stansiyası" mağazasında növbəti rəsmi "Apple Shop" qapılarını açır.
Qafqazın ilk rəsmi "Apple Shop"u "İnşaatçılar" mağazasında açılandan sonra "Kontakt" bu xüsusi konsepti daha bir ünvana da gətirir. Bu eksklüziv zonada "Apple" cihazları vitrində sadəcə yan-yana düzülməkdən daha böyük məna ifadə edir - vahid ekosistem şəklində təqdim olunur. Bura ziyarətçilərə cihazların bir-biri ilə necə harmoniyada işlədiyini real mühitdə sınaqdan keçirmək fürsəti yaradır. Üstəlik, məkanda brendin qlobal təlimlərini keçmiş rəsmi ekspertlər fəaliyyət göstərir. Bu isə doğru cihaz seçimindən texniki suallara qədər hər addımda peşəkar dəstək deməkdir.
3 GÜNLÜK XÜSUSİ FÜRSƏT
Şəbəkə yeni "Apple Shop"un fəaliyyətə başlamasını xüsusi kampaniya ilə qeyd edir. Avqustun 14-dən 16-dək "Bakıxanov stansiyası" mağazasına gələn hər kəsi bütün "Apple" məhsullarına nağd alışda xüsusi endirimlər gözləyir. Üstəlik, seçdiyiniz məhsulun elə endirimli qiymətini 24 aya hissəli ödənişə bölmək də mümkündür.
Açılışa özəl ən diqqətçəkən təklifləri araşdırdıq. Bu 3 gün ərzində:
- 256 GB həcmə malik "MacBook Neo" notbukunu nağd alışda 2 100 yox, cəmi 1 700 manata; hissəli alışda isə 24 aylıq müddətə - ayda cəmi 74 manata;
- 128 GB həcmə malik "iPhone 15" smartfonunu nağd alışda 2 000 yox, cəmi 1 600 manata; hissəli alışda isə 24 aylıq müddətə - ayda cəmi 75 manata sahib ola bilərsiniz.
Bu və bunun kimi bir çox "Apple" məhsulunu yerində yoxlamaq, yeni konseptin üstünlüklərini özünüz hiss etmək üçün "Kontakt"ın "Bakıxanov stansiyası" mağazasına baş çəkə bilərsiniz.
Xatırladaq ki, "Kontakt" mağazalar şəbəkəsi Azərbaycanda "Apple" brendinin rəsmi satış mərkəzidir və burada təqdim olunan bütün məhsullar qlobal zəmanət və orijinallıq təminatı ilə müştərilərə təqdim edilir.