"Apple"ın ilk qatlanan smartfonu "iPhone Duo" artıq Azərbaycanda rəsmi satışdadır. Yeni modelin satışına oktyabrın 30-da start verən "Kontakt" ilk gündən böyük maraqla qarşılaşıb. Oktyabrın 29-dan 30-na keçən gecə isə öncədən sifariş verən müştərilərə telefonları çatdırılıb. İlk "iPhone Duo"lardan biri Xalq artisti Röya Ayxana təqdim olunub.
Gecə saat 00:01-də başlayan çatdırılma ilə müştərilər "Apple"ın yeni modelinə ilk sahib olanlar sırasında yer alıblar. Məhsula marağın yüksək olmasını nəzərə alan "Kontakt" stokları mütəmadi yeniləyir.
İki rəngdə təqdim olunan "iPhone Duo" "Kontakt"ın bir çox mağazasında sərgilənir. Yeni telefonla yaxından tanış olmaq istəyənlər metronun "İnşaatçılar" stansiyası və "Bakıxanov" dəmiryol stansiyası mağazalarındakı Azərbaycanda ilk rəsmi "Apple Shop" zonalarına yaxınlaşaraq onu sınaqdan keçirə bilərlər.
"Kontakt" yeni modelin satışına xüsusi təkliflə də başlayıb. Oktyabrın 30-dan noyabrın 1-dək "iPhone Duo"nu endirimli qiymətlə, 18 ay faizsiz, ayda 329 manat 44 qəpikdən başlayan ödənişlə əldə etmək mümkündür.
Yeni "iPhone Duo"nun mövcudluğu, qiyməti və sifariş şərtləri barədə ətraflı məlumatı kontakt.az saytından əldə etmək olar.
Xatırladaq ki, "Kontakt" Azərbaycanda "Apple" brendinin rəsmi satış mərkəzidir. Şəbəkədəki "Apple" məhsulları orijinallıq təminatı və qlobal zəmanətlə satılır. Bu xüsusi zonalarda "Apple" cihazları vahid ekosistem şəklində nümayiş olunur. Ziyarətçilər cihazların bir-biri ilə necə işlədiyini yerində sınaqdan keçirə, brendin beynəlxalq təlimlərini keçmiş ekspertlərdən seçim və istifadə ilə bağlı məsləhət ala bilərlər.