Ölkənin aparıcı riteyl şəbəkələrindən olan “Kontakt” şəhid əməkdaşı Aslan Rzayevin xatirəsinə daxili futbol turniri keçirdi.
“Aslan ürəkli” adlanan futbol turnirində şəbəkənin əməkdaşlarından ibarət 30-dan çox komanda iştirak edib. Oktyabrın 4-ü keçirilən final görüşündə “Gəncə” mağazasının təmsilçiləri “Mebel” şöbəsinin təmsilçiləri olan “Aslanlar” komandası ilə üz-üzə gəlib. “Aslanlar” komandası 5:1 hesabı ilə qalib gələrək turnirin kubokunu qazanıblar.
“Aslan Rzayevin xatirəsi bizim üçün olduqca əzizdir və onu heç bir zaman unutmayacağıq” – deyə şəbəkənin rəsmi “Facebook” səhifəsində qeyd edilib.