Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
“Kontakt”ın Qarabağa ilk çatdırılması Laçına oldu - FOTO
“Kontakt” mağazalar şəbəkəsi Qarabağa ilk çatdırılmasını uğurla yerinə yetirib. Belə ki, ilk sifarişin çatdırılması işğaldan azad edilmiş Laçın rayonuna olub. Bölgə sakini kontakt.az saytından sifariş etdiyi “Samsung” televizorunu tam təhlükəsiz şəkildə düz ünvanında təhvil ala bilib.
Xatırladaq ki, artıq Qarabağa qayıdan yerli əhali, həmin ərazilərdə xidmət edən hərbçilərimiz, həmçinin işğaldan azad edilmiş torpaqların yenidən qurulmasında iştirak edən qurumların əməkdaşları 30 000-dən çox məhsul çeşidini: elektronikadan məişət texnikasına, mebel və tekstildən qab-qacağa, kosmetika və şəxsi baxım məhsullarından uşaq, musiqi alətlərindən təmir-tikinti alətlərinə qədər hər şeyi kontakt.az saytına daxil olmaqla və ya *6060 Çağrı Mərkəzinə zəng etməklə birbaşa ünvanlarına sifariş verə bilərlər. Özü də həm çox sərfəli nağd, həm də hissəli alış şərtləri ilə.
Hal-hazırda çatdırılma xidməti Laçın, Zəngilan, Cəbrayıl və Qubadlı bölgələrini əhatə edir. Şəbəkə tezliklə bu siyahını böyüyəcəyinə və sevindirən çatdırılma xidmətinin bütün Qarabağı əhatə edəcəyinə söz verir.
Rəylər