Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Arvadının sevgilisini bıçaqlayan şəxsə hökm oxundu
Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Camal Alıyevin (şərti) cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə o, 4 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, hadisə bu il paytaxt ərazisində qeydə alınıb.
Belə ki, Camal Alıyev rəsmi arvadı, lakin faktiki ər-arvad kimi yaşamadığı qadının onun tanışı, zərərçəkmiş Faiq Məmmədovla (şərti) yaxın münasibətləri olduğunu öyrənib. O buna görə zərərçəkmiş şəxsin yaşadığı ünvanın qarşısına gələrək Faiqi gözləyib. Zərərçəkmiş şəxs həmin vaxt yaşadığı evə gedərkən onu izləyib və daha sonra üzərində gəzdirdiyi mətbəx bıçağı ilə arxadan Faiqə bir dəfə zərbə endirib.
Hadisədən sonra Camal Alıyev cinayət məsuliyyətinə cəlb edilib.
"Bakı Ağır Cinayətlər Məhkəməsi" teqi üzrə xəbərlər
- Məktəbin direktor əvəzinin diplomu saxta imiş - 98 minlik dələduzluq
- Məhkəmə "12-ci imam"la bağlı qərar çıxardı
- "İki diplomlu müəllimi aldatdı" - Təhsil eksperti kimi tanınan şəxsin məhkəməsi
- "Şlyapa Zahid"in məhkəməsi: Şirkət təsis olunan gün 40 milyonluq kredit alıb
- Talassemiyalı uşaqlara qarşı bir milyon manatlıq dələduzluqla bağlı MƏHKƏMƏ
Rəylər