Son günlər adı qalmaqallarda hallanan tanınmış kosmetoloq Elnarə Rzayeva Oxu.Az-a müsahibə verib.
“Dr. Elnarə Rzayeva adlı mərkəz”in rəhbəri yeni şəxsi klinikasını açandan sonra süni qalmaqalların əlindən yaxa qurtara bilmir. Səbəblər barədə kosmetoloq özü açıqlama verib:
– Başlayaq özünüzün özünüzə rəy yazma məsələsindən. Həqiqətənmi, Elnarə xanım paylaşdığı şəkildə özünə tərif yazıb?
– Yazmamışdım, amma o gündən sonra hər şəklimin altına şərh yazıb, özüm özümü tərifləyirəm. Yaxşı da edirəm. Allahıma min şükür, şikəst deyiləm, çirkin deyiləm, çox şükür edirəm, Allah məni belə yaradıb. Niyə də özümdən narazı olum?!
– Sualımıza cavab alaq...
– Səhifəmi üç xanım işlədir, illərdir yanımda olan insanlardır. Sadəcə, o xanımlardan birinin anasını sağaltmışam. O da hər dəfə mənə təşəkkür edirdi. Bu dəfə çaşıb mənim səhifəmdən mənə təşəkkür yazıb. Mən də dedim, nə olacaq ki?! Olsun. Heç onu danlamadım da...
Dr. Elnarə Rzayeva adlı mərkəz
Ünvan: Səməd Vurğun 92
Əlaqə: Mob; 0557766040 ev; 0125976040 İnstagram; @dr.elnara_rzayeva