Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
“Lloyd” - alman keyfiyyəti və bənzərsiz üslub - FOTO
Rahat ayaqqabının həyatımızdakı əhəmiyyətini inkar etmək olmaz - bu, bizim gün ərzindəki əhvalımızın və hətta əmək qabliyyətimizin bünövrəsidir. Lakin, ayaqqabı həm də dəbli obrazın vacib hissəsidir!
Zövqlü və dəbli ayaqqabının həmçinin rahat olmasının mümkünlüyünü 1888-ci ildən fəaliyyət göstərən “Lloyd” alman brendi təsdiqləyir. Bu gün “Lloyd” dünyada aparıcı ayaqqabı brendlərindən biri olaraq, 40-dan artıq ölkədə satılır. Pambıq və yun astarlı, hava dövranını təmin edən membranlar ilə, nəsillər boyu atadan oğula sənət sirlərini ötürən ustaların əl işi ilə təbii dana dərisindən hazırlanmış modellər - bu xüsusiyyətlərin hər biri brendin yüksək keyfiyyətinin zəmanətidir.
“Lloyd” sizin hər bir obrazınıza uyğun ayaqqabı yaradır - gündəlik həyat, ziyafət və ya istirahət üçün: onların arasında həm klassik ayaqqabılar, həm loferlər, həm oksfordlar, təbii xəzli qış modelləri, snikerslər və hətta qeyri-adi dizayner modelləri var.
Mükəmməl və qüsursuz keyfiyyətinə görə, həmçinin istehsalatda həm əl işi həm yüksək texnologiyaların istifadəsi sayəsində, brend “Shoe Oscar” mükafatına layiq görülüb, bu da ki, ayaqqabı sənayesində ən yüksək mükafatdır. Hər səhər rahatlıq və yüngüllük hissi bəxş edən “Lloyd” ayaqqabısını geyinərkən, hər kəs brendə ürəkdən daha bir “Oscar” təqdim edir.
Brendin son kolleksiyası ilə Neftçilər pr-ti, 151, “Port Baku Mall” ticarət mərkəzinin 1-ci mərtəbəsində tanış ola bilərsiniz.
Rəylər