Pandemiyanın təsiri azaldı və biz dəb dünyasını yenidən fəth etməyə hazırıq! Hər zaman dəbdə olan, həmişə zövqlü dizaynı və rahatlığı ilə göz oxşayan, könülləri fəth edən ayaqqabılar hansılardır? Bizim bu suala bir cavabımız var, siz “Lloyd”u sınayın!
“Lloyd”u niyə sevməli?
Bunun üçün üç səbəbiniz var. Birincisi - keyfiyyətli olduğu üçün!
İlk dəfə 1888-ci ildə Bremendə yaradılan “Lloyd” brendi dəbli ayaqqabı dünyasında “alman keyfiyyəti” məfhumunu tamamilə əks etdirir. Pambıq və yun astarları, hava dövranını təmin edən xüsusi membranlar, nəsildən-nəslə ötürülən sənət sirləri - bu xüsusiyyətlərin hər biri brendin yüksək keyfiyyətinin zəmanətidir. “Lloyd” 50-yə yaxın ölkədə mövcuddur və yüksəkkeyfiyyətli ayaqqabı brendləri arasında öz avanqardlığına görə digərlərindən seçilir.
İkincisi - hər üslubda və hər mövsümə uyğun olmasıdır!
İdman ayaqqabıları, yay səndəlləri və dəbli “slayd”larla yanaşı, yüksəksəviyyəli “derbi”lər hər bir müasir insanın ayaqqabı qarderobunda vacibdir. “Lloyd” hər bir obraza və üsluba uyğun ayaqqabı yaradır.
Fikrimizcə, onun təqdim etdiyi dəbli çeşid sırasından həm klassik ayaqqabıları, həm aristokrat “lofer”ləri, həm cavanlar tərəfindən çox sevilən “preppy” üslubda “oksford”ları və hətta qeyri-adi dizayner modellərini kəşf etməyə dəyər. “Bir “twist” ilə müasir klassika” - bu, “Lloyd”un hər bir kolleksiyasında müşahidə etdiyimiz mövzudur.
Üçüncüsü - rahat həyat tərzinə adekvat olmasıdır!
Etiraf edirik: “EvdəQal” dövrü bitərkən “loungewear” ev paltarlarından və tərliklərdən çıxmaq, doğrudan da, çətindir! Lakin yumşaq ayaqqabıların dəb dünyasında rahat, yüksəkkeyfiyyətli və dəbli əvəzi varsa, bu, mütləq “Lloyd” brendidir.
Brendin son kolleksiyası ilə Neftçilər prospekti 151 ünvanında yerləşən “Port Baku Mall” ticarət mərkəzinin 1-ci mərtəbəsində tanış ola bilərsiniz.