"Bir ekosistemi"nin fintex həlli olan "m10" beynəlxalq pul köçürmələrini daha da əlçatan edir. "m10" pulqabı vasitəsilə Türkiyə, Gürcüstan, həmçinin Qazaxıstan, Özbəkistan və Ukrayna kimi region ölkələri də daxil olmaqla, dünyanın 140-dan çox ölkəsinin bank kartlarına ani və birbaşa pul köçürmələri həyata keçirmək mümkündür.
Bu funksiya vasitəsilə istifadəçilər vəsaiti cəmi bir neçə toxunuşla birbaşa şəkildə xaricdəki alıcının bank kartına göndərə bilirlər. Sürət, sadəlik və əlçatanlıq prinsipləri üzərində qurulan bu həll, beynəlxalq pul köçürmə əməliyyatlarını kəsintisiz və rahat şəkildə həyata keçirməyə imkan verir. Sıfır komissiya ilə təqdim olunan m10 bazarda ən sərfəli həllərdən biri kimi fərqlənir.
İstər ailəyə dəstək göstərilməsi, istər xaricdə təhsil xərclərinin qarşılanması, istərsə də digər beynəlxalq ödəniş ehtiyaclarının təmin edilməsi üçün m10 sürətli, etibarlı və rahat pul köçürmə imkanı təqdim edir.
Məhsulla tanış olun: m10.az/international-transfers
Tətbiqi yükləyin: m10.onelink.me/WzYm/p4gk6cvf
"m10" haqqında
"m10" Azərbaycanın və Qafqazın ilk tam inteqrasiya olunmuş rəqəmsal ekosistemi olan "Bir ekosistemi" tərəfindən hazırlanmış rəqəmsal pulqabı və fintex həllidir. 2022-ci ildən istifadəyə verilmiş "m10" fərdlər və bizneslər üçün maliyyə əməliyyatlarını sadələşdirməyi, vəsaitlərin idarə edilməsini və ödənişlərin həyata keçirilməsini təhlükəsiz və rahat şəkildə təmin etməyi hədəfləyir.