17 iyun – Tibb işçiləri günüdür. Bu il həmin peşə bayrami xüsusi əhəmiyyət kəsb edir.
Maxi.az şirkəti əziz həkimləri və tibb işçilərimizi peşə bayramı münasibətilə ürəkdən təbrik edir, xüsusilə belə çətin dövrdə fədakarlıq, peşəkarlıq və zəhmətləri üçün böyük minnətdarlığını bildirir. Bayram ərəfəsində Maxi.az şirkəti xoş sürpriz hazırlayıb - tibb işçilərinə xüsusi Hədiyyə kartları təqdim ediləcək.
Hədiyyə kartlarını almaq üçün 17 iyun tarixində “Gənclik Mall” ticarət mərkəzində yerləşən Maxi.az mağazasına yaxınlaşmaq, şəxsin tibbi mütəxəssis olduğunu təsdiqləyən sənədi və şəxsiyyət vəsiqəsini təqdim etmək kifayətdir. Bir daha hörmətli tibb işçilərimizi peşə bayramları münasibətilə təbrik edirik, onlara fədakar işlərində uğurlar, səbr və can sağlığı arzulayırıq!