Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

"McDonald's Azərbaycan"ın yeni restoranı Qala qəsəbəsində açılıb
"McDonald's Azərbaycan" şirkətinin sayca 32-ci restoranı mayın 23-də Qala qəsəbəsində - Mərdəkan şosesinin cənub-şərq tərəfində, yeni fəaliyyətə başlamış "Rahat Gourmet Market"də açılıb.
Müasir "in-store" formatında hazırlanmış restoranın tərtibatında funksionallığı rahat planlaşdırma ilə birləşdirən "Geometry" dizaynından istifadə edilib. Daxilində 132 oturacaq yeri nəzərdə tutulmuş restoranın 40 yerlik geniş terrası isti vaxtlarda rahat istirahət üçün idealdır. Restoranda, həmçinin "McDelivery" xidməti göstərilir ki, bu da yaxın qəsəbələrə daha sürətli çatdırılma etməyə imkan verəcək.
"McDonald's Azərbaycan"ın digər restoranlarında olduğu kimi, burada da qabaqcıl xidmət texnologiyaları - interaktiv özünəxidmət köşkləri, həmçinin sifarişləri birbaşa masa arxasında əyləşərək qəbul etməyə imkan verən "table service" xidməti tətbiq olunub. Avtomobil sürücüləri üçün nəzərdə tutulmuş "MakAvto" xətti daha rahat xidmət göstərməyə şərait yaradır.
"Rahat Gourmet Market"də yerləşən "McDonald's" restoranın açılması ilə 70 yeni iş yeri yaradılıb. Hazırda "McDonald's Azərbaycan" şirkəti ölkə üzrə 2 900 nəfərdən çox Azərbaycan vətəndaşını iş yeri ilə təmin edir.
Azərbaycan iqtisadiyyatına investisiya yatıran ilk beynəlxalq brendlərdən biri olan "McDonald's" artıq 25 ildir ki, yerli istehsal həcmlərinin artırılmasına töhfə verməklə, ölkədə qeyri-neft sektorunun inkişafını fəal şəkildə dəstəkləyir.
"McDonald's Azərbaycan"ın təchizat və logistika, rekruitment, həmçinin informasiya texnologiyaları, marketinq və s. kimi müxtəlif iqtisadi sahələri təmsil edən 100-dən çox yerli podratçı şirkət ilə fasiləsiz əməkdaşlığı xüsusi əhəmiyyət kəsb edir.
"McDonald’s" teqi üzrə xəbərlər
- Metronun "İnşaatçılar" stansiyası yaxınlığında yeni " McDonald's" restoranı açılıb
- "Metropark"da yeni "McDonald's" restoranı açıldı
- "McDonald's Azərbaycan"da halal mal əti: Yerli istehsala start verilməsi və yeni imkanlar
- "McDonald's"ı ABŞ-də məhkəməyə verdilər
- Tramp "McDonald's"da müştərilərə xidmət etdi