Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
:1200.jpg)
MDB ölkələri arasında beynəlxalq olimpiadaya vəsiqə qazanmış yeganə azərbaycanlı şagird
Həmyerlimiz Daria Dmitriyeva nüfuzlu zəka yarışlarından biri olan “Birlik formulası” beynəlxalq bilik olimpiadasının final mərhələsinin qaliblərindən biri olub.
Bilik olimpiadasının hələ yarımfinal mərhələsində MDB ölkələri arasında iştirak edən yeganə şagird olan Daria final mərhələsində üçüncü yerin sahibi olub. O, bu zəfəri ilə uğurunun təsadüfi olmadığını bir daha sübut edib!
“LANDAU School”un 7-ci sinif şagirdi olan Daria Dmitriyeva sözügedən müsabiqəyə elə həmin beynəlxalq özəl orta məktəbin yeni layihəsi olan “LION” bilik olimpiadalarına hazırlıq mərkəzində hazırlaşıb.
“LION”un daha bir şagirdi Yusif Tahirli isə ABŞ-də keçirilmiş Beynəlxalq Kopernik Olimpiadasının final mərhələsində qızıl medal qazanmaqla yanaşı, dünya ikincisi adına da layiq görülüb. Bu müsabiqədə isə mərkəzin şagirdləri ümumilikdə 1 qızıl, 3 gümüş və 3 bürünc medal əldə ediblər.
Hazırlıq mərkəzinin uğurlarına əlavə nümunə olaraq, “FISO” beynəlxalq bilik olimpiadasında riyaziyyat fənni üzrə qazanılmış 29 qızıl, 23 gümüş və 34 bürünc medalı, ingilis dili fənni üzrə 6 qızıl, 7 gümüş və 23 bürünc medalı göstərə bilərik.
Onu da əlavə edək ki, beynəlxalq bilik arenalarında nailiyyət əldə etmək üçün “LION” bilik olimpiadalarına hazırlıq mərkəzinə təkcə “LANDAU School” deyil, həmçinin digər orta məktəblərin şagirdləri də müraciət edə bilərlər.
Ətraflı məlumat əldə etmək üçün *1908 nömrəsinə zəng edə, hazırlıq mərkəzindən qeydiyyatdan keçmək üçün isə linkə (https://bitly.ws/3eZD7) keçid edə bilərsiniz.