Taleh Yüzbəyov, Əlixan Rəcəbov və Erkin Erginin iştirak etdiyi yeni internet layihədə indi hər kəs iştirak edə bilər!
Az əvvəl redaksiyamızın müxbiri “YouTube” platformasında “Sən Tap” adlı layihəyə rast gəldi. Digər internet layihələrdən fərqli olaraq, layihənin izləyicilər üçün çox asan və sadə yolla faydalanma imkanına malik olması müxbirimizin diqqətini cəlb etdi.
Layihə barədə daha ətraflı məlumat almaq üçün layihənin müəllifləri – Orxan İsgəndərli və məşhur aktyor, vayner Taleh Yüzbəyovla əlaqə saxladıq.
Taleh Yüzbəyov: “Layihəmiz Azərbaycan sosial mediasında yenilikdir. Burada iştirak çox asan, tələblər minimum, əyləncə və həyəcan maksimum dərəcəsindədir. Layihəmizdə heç bir şans faktoru yoxdur, hər şey iştirakçının zehni və fiziki sürətindən asılıdır. Oyunda iştirak etmək üçün iştirakçılardan nə isə almaq, nəyəsə pul qoymaq, SMS belə göndərmək tələb olunmur!

Hər şey çox asandır, “YouTube” kanalımıza abunə olursunuz, hər həftənin şənbə günü kanalımızda çıxan videoda Əlixan Rəcəbovun səsləndirdiyi tapmacalara cavab tapırsınız.
Cavablar hədiyyələrin olduğu yerə marşrutu formalaşdırır. Həmin ünvana hamıdan tez çatan qalib olur və sponsorlarımız tərəfindən təqdim edilən dəyərli hədiyyəyə sahib olur.
Ünvana birinci çata bilməyənlər də hədiyyəsiz qalmır. İkinci və üçüncü çatanlar qalib sayılır və müvafiq olaraq mükafatlandırılırlar.
Bunun qarşılığında kanalımıza abunə olmağınız, hədiyyələri təqdim edən sponsorlarımızın səhifələrini bəyənməyiniz və layihəyə dəstək olaraq “Youtube” kanalımızın linkini (www.youtube.com/sentapquest) öz səhifənizdə paylaşmağınız tələb olunur.
Beləliklə, kanalımızda hər həftə üç video paylaşılır:
1. Mənim və ya Erkin Erginin təqdimatında anons və izləyicilərin suallarına cavablar,
2. Əlixan Rəcəbovun təqdimatında tapmacalar,

3. Mənim və ya Erkin Erginin təqdimatında qaliblərlə müsahibə”.
Orxan İsgəndərli: “Layihənin konsepsiyası onlayn və oflayn keçirilən, hamıya məlum olan “Give away” və “City quest” formatlarının qarışığıdır. Təməldə izləyicilərin “YouTube” platformasına keçməsini stimullaşdırmaq istəyi dayanır.
Əvvəldən məlum idi ki, istədiyimiz effekti əldə etmək üçün ənənəvi “kanalımıza abunə ol” çağırışı kifayət olmayacaq. Və ona görə də izləyicilərin abunə olması üçün güclü motivasiya yaratmağa qərar verdik. Taleh də, mən də illərdir reklam sahəsində işləyirik və təcrübə göstərir ki, ən güclü motivasiya dəyərli hədiyyədir.
Başlanğıcda büdcəmiz 0 manat olduğu üçün hədiyyə fondunu qarşılaya biləcək sponsorlar tapmalı idik. Və təbii ki, sponsorların da cəlb olunması üçün onların da maraqlarını qarşılamağı düşünməli idik. Həll əslində əlimizin altında idi.
Məlum layihədə iştirak edən üç tərəf var: izləyicilər/iştirakçılar, kanal/layihənin müəllifləri və sponsorlar. Layihənin iş prinsipini elə qurduq ki, adları çəkilən tərəflərin hər biri layihədə öz iştirakı ilə digər tərəflərin marağını ən effektiv şəkildə qarşılamış oldu.
Beləliklə:
1. İzləyicilər/iştirakçılar - kanalın/layihənin müəlliflərinin təşkil etdiyi oyun vasitəsilə sponsorların təqdim etdiyi hədiyyələri asan və şəffaf yolla qazanmaq imkanı əldə edirlər,
2. kanal/layihənin müəllifləri - sponsorların təqdim etdiyi hədiyyələri qazanmaq istəyən izləyicilər/iştirakçıları kanala abunə edir və tədricən sponsorun maraqlarının qarşılanması üçün lazım olan baxış sayı və hədəf kütləsi formalaşdırır,
3. sponsorlar isə sərmayə etdiyi hədiyyələrin müqabilində öz hədəf kütlələrinə çıxış, hər həftə üç videokontent, gündəmdə qalma imkanı və brendlərinə qarşı müsbət rəy formalaşdırmaq imkanı əldə etmiş olur.
Hazırda bizim baş sponsor “Vestel Azerbaijan”dır. “Optimal Electronics” rəsmi sponsorumuz, Shop.az və “Portmanat” rəsmi tərəfdaşlarımızdır.
Qeyd etməliyəm ki, müraciət etdiyimiz hər bir şirkət layihəmizi böyük maraqla qarşıladı. Ümumiyyətlə, ideyamızın həyata keçirilməsində sponsorlarımızın rolu barədə nə qədər desəm, azdır. Çünki sıfırdan bir layihəyə inanmaq və sərmayə etmək təkcə layihəmizə dəstək yox, həmçinin Azərbaycan sahibkarlığının yüksək təfəkkürünün və yeniliklərə açıq olduğunun nümunəsidir.
Bizi dəstəkləyən sponsorlarımıza, kanalımıza abunə olan hər bir kəsə təşəkkürümü bildirirəm.
Fürsətdən istifadə edərək, Oxu.Az saytının redaksiyasına da informasiya dəstəyinə görə təşəkkür edirəm. Bildiyiniz kimi, üçüncü oyundan etibarən “Sən Tap” barədə ən son məlumatı Oxu.Az-dan əldə edə bilərsiniz.
Taleh Yüzbəyov: “Yeri gəlmişkən, biz artıq üç oyun keçirmişik və hər birinin anons, tapmaca və qaliblərlə müsahibəsi artıq “Sən Tap”ın “YouTube” kanalındadır. Ən son videomuz isə Oxu.Az-ın dəstək olduğu üçüncü oyunun qalibləri ilə müsahibədir.
Növbəti, dördüncü oynumuzun qalibləri isə:
1-ci yer – “Vestel Azerbaijan”dan 1099 AZN dəyərində Smart TV
2-ci yer – “Optimal Electronics”dən 339 AZN dəyərində G-Shock qol saatı
3-cü yer – “Portmanat”dan elektron pul qabınızda 200 AZN məbləğ qazanacaqlar.
Kanalımıza abunə olun, oyunlarımızda iştirak edin. Ən maraqlısı hələ irəlidədir!”
