Bu gün təhsil prosesində smartfonlar, planşetlər, notbuklar və digər elektron cihazlar mühüm rol oynayır. Onlar təkcə təhsil almaqda kömək etmir, həm də öyrənmə tərzinizi dəyişirlər. Qadcetlər, həmçinin maraqlı təlim materialları yaratmağa imkan verir. Vizuallaşdırma və animasiya vasitəsilə tələbələr mürəkkəb anlayışları daha yaxşı başa düşə bilərlər. Təhsil proqramları bəzən öyrənməni əyləncəli etmək üçün oyun elementləri də əlavə edir.
Texnologiyanın çox sürətlə dəyişdiyi bir dünyada “MacBook” və “iPad” kimi “Apple” məhsulları təhsildə xüsusi yer tutur. Onlar tələbələrə müasir dünyaya hazır olmağa və yeni imkanlardan yararlanmağa kömək edir. Gəlin bu məhsullara, xüsusən “MacBook” və “iPad” xətləri arasında ən populyar və ən münasib olan “MacBook Air” və “iPad 9”a daha yaxından nəzər salaq və onların tələbələrə necə kömək edə biləcəyini öyrənək.
“MacBook Air” portativliyə və yüksək perfomansa ehtiyacı olan tələbələr üçün idealdır. Notbuk yüngül və yığcamdır, bu da onu müxtəlif yerlərdə istifadə üçün əla seçim edir.
Kompakt ölçülərinə baxmayaraq, “MacBook Air” güclü “Apple M1” prosessoru, CPU və GPU sayəsində güclü performans təmin edir. Bu o deməkdir ki, o, mətn emalı, təqdimatlar və hətta foto və videoların redaktəsi də daxil olmaqla müxtəlif təlim tapşırıqlarını asanlıqla həll edə bilər. Bundan əlavə, “MacBook Air” 18 saata qədər şarj etmədən işləmə müddətini təmin edən batareya ilə təchiz edilib ki, bu da dərsdə, kitabxanada və ya evdən kənarda uzun saatlar keçirən tələbələr üçün xüsusilə vacibdir. Bu, notbukun ən uyğun olmayan anda sönməyəcəyinə əminlik verir.

Tələbələr “MacBook Air”dən istifadə edərkən “macOS” interfeysini daha effektiv idarə etmək üçün jestləri dəstəkləyən simsiz “Magic Mouse”dan istifadə edə bilərlər. Jestlərdən proqramlar arasında hərəkət etmək, sürüşdürmək, böyütmək və kiçiltmək üçün istifadə oluna bilər ki, bu da işinizi xeyli sürətləndirə bilər. “Magic Mouse” məzmunu müxtəlif istiqamətlərdə asanlıqla sürüşdürməyə imkan verən “unikal skrollinq” texnologiyasına malikdir. Bu, böyük sənədlər və veb-səhifələrdə naviqasiyanı asanlaşdıra bilər.

Tələbələr üçün başqa bir əla seçim “iPad” planşeti, xüsusən də “iPad 9” modelidir. Planşet yüngül və yığcamdır, bu da onu təhsil üçün ideal edir. “iPad 9”la tələbələr rahatlıqla elektron dərslikləri, məqalələri və digər tədris materiallarını oxuya, asanlıqla qeydlər apara, vacib mətni vurğulaya və vacib səhifələr üçün əlfəcinlər yarada bilərlər. Bu, onlara məlumatları səliqəli şəkildə təşkil etməyə və təhlil etməyə kömək edir.
“iPad 9”un əlavə üstünlüyü onun tələbələrə birbaşa ekranda sərbəst qeydlər aparmağa, diaqramlar və annotasiyalar çəkməyə imkan verən “Apple Pencil” ilə uyğunluğudur.
Dizayn və ya memarlıq sahəsində təhsil alanlar üçün isə “Apple”ın bu qadcetlərinin əvəzedilməz olduğunu söyləmək olar. “iPad” və “Macbook Air” güclü xüsusiyyətlərə malikdirlər, 3D modelləri və yüksək keyfiyyətli şəkilləri asanlıqla idarə edə bilirlər. Onlar sürəti azaltmadan tapşırıqları rəvan yerinə yetirə bilirlər. Dizayn üçün son dərəcə vacib olan misilsiz rəng reproduksiyasına malik displeylərin keyfiyyətini ayrıca qeyd etmək lazımdır.

Üstəlik, “Apple” ekosistemi memarlıq modelləşdirməsi, render və dizayn üçün müxtəlif peşəkar proqramlara çıxışı təmin edir. “Mac” platformasında “AutoCAD”, “SketchUp”, “Adobe Creative Suite” və digər proqramlar mövcuddur, bu da memarlara və dizaynerlərə öz ehtiyaclarına və üstünlüklərinə uyğun olaraq işləri üçün ən uyğun alətləri seçməyə imkan verir. Bu, onların bacarıqlarını zənginləşdirir, yaradıcı və peşəkar vəzifələrini yüksək səmərəliliklə həyata keçirməyə imkan verir.
Ümumiyyətlə, həm “MacBook”, həm də “iPad” tələbələri və müəllimləri daha effektiv və interaktiv təhsil üçün alətlərlə təmin edir. Onların arasında seçim təhsil proqramının xüsusi ehtiyaclarından və həll edilməli olan vəzifələrdən asılıdır.
Xatırladaq ki, yalnız sentyabrın 17-dək xüsusi təklif yararlana bilərsiniz: “MacBook Air M1”i 500 AZN-dən başlayan endirimlərlə, “iPad 9”u isə cəmi 799 AZN-dən almaq olar. Bundan əlavə, siz 40%-ə qədər əlavə qənaətlə “Apple Pencil” və “Magic Mouse” kimi aksesuarları əldə edə bilərsiniz. Siz orijinal “Apple” qadcetləri və aksesuarlarını Azərbaycanda rəsmi resellerlərdən ala bilərsiniz: “iSpace”, “Kontakt Home”, “Irshad”, “Baku Electronics”, “Bytelecom”.