“AccessBank” Milli Olimpiya Komitəsinin Məğrur Tərəfdaşı olan VISA şirkəti ilə birlikdə Avropa Yeniyetmələrinin XVII Yay Olimpiya Festivalında iştirak edəcək yeniyetmə idmançılara “VISA Platinum” əsaslı “myCard Junior” kartlarını təqdim etdi. “Platinum” kateqoriyasında olan xüsusi “myCard Premium” kartları, həmçinin, məşqçi heyətinə də təqdim olundu. Gənclərdən ibarət Olimpiya yığması festival müddətində Sloveniyanın Maribor şəhərində “AccessBank”ın VISA kartlarının ümumi imtiyazlarından istifadə edəcək.
“AccessBank”ın dəstəyi ilə reallaşdırılan layihə atletlərə əlavə imkanlar yaradır. “myCard Junior” kartları gündəlik alış-veriş, onlayn ödənişləri zamanı qazanc, kart hesabındakı müsbət qalığa əlavə mənfəət, partnyor şəbəkələrdə keşbeklər, uçuş gecikməsi və baqaj sığortası, hava limanının VIP zallarına ödənişsiz giriş, istənilən suallar üçün konsyerj xidməti və başqa bu kimi imtiyazlar verir.
Qeyd edək ki, Maribor şəhərində keçirilən Oyunlara Azərbaycandan atletika, tennis, üzgüçülük, velosiped, MTB, cüdo və gimnastika idman növlərində təmsil olunacaq 36 idmançı yola düşüb. Festivalın rəsmi açılış mərasimi 23 iyul, bağlanış mərasimi isə 29 iyul tarixlərinə təsadüf edir. Festivalda 48 iştirakçı ölkə 11 idman növü üzrə 3 600-ə yaxın 14-18 yaş həddində olan yeniyetmə idmançı ilə iştirak edəcək.
“AccessBank” Azərbaycanda mikromaliyyələşdirmə lideri olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası və digər beynəlxalq maliyyə təşkilatları və investisiya fondları yer alır. Bankın 14-ü Bakıda, 16-sı bölgələrdə olmaqla, 30 filialı fəaliyyət göstərir.
Bankın xidmətləri haqqında məlumat əldə etmək üçün “151” əlaqə mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına və ya bankın sosial şəbəkələrdə (“Facebook”, “Instagram”, “LinkedIn”) hesablarına daxil olmaq olar.