Sığorta bazarında ən geniş xidmət şəbəkəsinə malik az sayda şirkətlərdən biri olan “Qala Sığorta” şirkəti növbəti hədəfini reallaşdırdı.
Belə ki, şirkət Naxçıvan şəhərində nümayəndəlik açaraq, Naxçıvan MR-də rəqabət mühitini formalaşdırmaqla 10-dan çox yerli sakini işlə təmin etdi. Açılışda şirkətin geniş rəhbər heyəti və Naxçıvan MR-in yüksəkrütbəli dövlət rəsmiləri iştirak ediblər.
Xatırladaq ki, bununla “Qala Sığorta” şirkəti regional nümayəndəliyin sayını 14-ə çatdırdı.
Ətraflı məlumat üçün İctimaiyyətlə Əlaqələr Xidməti ilə əlaqə saxlaya bilərsiniz.
“QALA Sığorta” ASC
Yasamal rayonu, Azərbaycan prospekti, məhəllə 221.
Tel: (+994 12) 377-10-10