Bildiyiniz kimi, hər il kompüter texnologiyaları sahəsində yenilik və innovasiyaların tətbiqi davam etməkdədir. 2021-ci ildən isə dünyada ən yeni texnologiyalardan olan OLED ekranlı noutbukların istehsalına başlanıldı. OLED texnologiyasını noutbuklarda kütləvi şəkildə ilk dəfə ASUS şirkəti tətbiq etməyə başlayıb. Ondan əvvəl bu texnologiya ilə ancaq televizor və telefonlar istehsal olunurdu.
Hər zaman yenilikləri və ən son texnologiyaları ilk olaraq öz məhsullarında tətbiq edən ASUS bu yeniliyi ilk öncə eleqant, incə və zərif dizaynlı, həmçinin premium biznes sinif hesab olunan əfsanəvi “ZenBook” modellərində reallaşdırdı.
Bəs bu qədər bəhs etdiyimiz OLED texnologiyası nədir? OLED, yəni “Organic Light-Emitting Diode” - orqanik işıq yayan diodlar deməkdir ki, onların köməyi ilə daha az enerji ilə, daha parlaq işıq effekti almaq mümkündür. Bu texnologiyanın köməyi ilə ötürülən rənglər real rəng çalarlarına daha yaxındır və ekranda əks olunan rənglər isə daha canlıdır. Xüsusilə qeyd etmək lazımdır ki, OLED texnologiyası ən real, ən canlı məhz qara rəngi ötürür. Ən önəmlisi odur ki, bu texnologiya gözlərə və yuxu sisteminə çox mənfi təsir edən mavi işığın təsirini azaldır, amma rəngləri 100 % rəng qamutu ilə birə-bir olduğu kimi, real əks etdirməsinə baxmayaraq, OLED texnologiyanın daha az enerji sərf etməsi və daha davamlı, yəni dayanıqlı olması onun əsas üstünlüklərindəndir.
“Azerbaijan Technologies” şirkəti ASUS brendinin Azərbaycanda rəsmi distribütoru olaraq, OLED ekranlı “ZenBook” modellərini hələ ilin əvvəlindən bölgədə “Asus”un yeganə rəsmi mağazası olan “Asus Brand Store”da satışa çıxarıb.
OLED ekranlı “ZenBook”lardan sonra, ASUS şirkəti kütləvi olaraq bu texnologiyanı ultraslim kateqoriyalı və müştərilər tərəfindən xüsusilə sevilən “VivoBook”lara da tətbiq etməyə başladı.
OLED ekranlı yeni “VivoBook”lar artıq oktyabr ayının 18dən “Asus Brand Store”da satışa çıxarılıb. Müştərilər OLED ekranlı noutbuklara elə ilk gündən xüsusi maraq göstərir, hətta aylardır OLED ekranlı yeni “VivoBook”ları gözləyən müştərilər üçün bu çox sevindirici bir xəbərdir ki, artıq yeni “VivoBook”lar Bakıdadırlar. Noutbuklar həm İntel, həm də AMD prosessorladır, “VivoBook Pro” versiyası isə NVIDIA GEFORCE RTX3050 4GB videokartla təchiz edilib. OLED ekranlı yeni VivoBookların qiyməti 1799 AZN-dən başlayır. Ətraflı modellərlə tanış olmaq üçün bu linkə tıklayın:
https://aztech.az/product-category/noutbuklarin-satishi-kompyuterlerin-satisi/ultrabooks_az/
Həm dizaynı göz oxşayan, həm yüngül, rahat daşına bilən yeni OLED ekranlı “VivoBook”lar qrafik dizayn, memar, mühəndis, proqramçı, developer, video editinq, yaradıcı insanlar, maliyyəçilər üçün əla seçimdir. Tam əminliklə deyə bilərik ki, yeni OLED texnologiyalı noutbuklar tezliklə bazarda özünəməxsus yer tutacaqdır.
