Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Ölkənin ən böyük gözəllik festivalı "Olifest" uğurla baş tutub
8 iyun tarixində Bakı Bulvarında "Olivia" mağazalar şəbəkəsinin təşkilatçılığı ilə keçirilən "Olifest" festivalı 50 mindən çox ziyarətçini bir araya toplanıb. Festival çərçivəsində "Olivia"da satışda olan məşhur və eksklüziv brendlərin sərgisi təşkil olunub. Ziyarətçilər məhsulları test etmək, nümayəndələrdən məlumat almaq və xüsusi hədiyyələr qazanmaq imkanı əldə ediblər.
Festival ərazisində fotozonalar, xatirə divarı, face art zonası və xodulistlər günə xüsusi rəng qatıblar. Eyni zamanda, dörd fərqli sahədən dəvət olunmuş spikerlər gözəllik, baxım, astrologiya və digər mövzularda çıxış edərək festivalın maarifləndirici missiyasını gücləndiriblər.
Gecənin kulminasiyası isə Xalq artisti Aygün Kazımovanın iştirakı ilə baş tutan konsert proqramı olub.
"Olifest" festivalı çərçivəsində "Urban Care", "Ucla", "Golden Rose", "Belor Design", "Celenes", "Medipeel", "Ninelle", "The Purest Solutions", "Frudia", "Mizon" və "FarmStay" kimi brendlər xüsusi tərəfdaş kimi çıxış ediblər. Ümumilikdə isə onlarla brend bu festivalda iştirak edərək öz məhsullarını təqdim ediblər.

"Aygün Kazımova" teqi üzrə xəbərlər
- Dünya çempionatı: Günün son oyununda qalib müəyyənləşmədi
- "Kontakt" Naxçıvan mağazasının açılışını Aygün Kazımova ilə etdi – AÇILIŞA ÖZƏL 60%-DƏK ENDİRİM
- Azərbaycanda keçiriləcək dünya çempionatına bilet satışı başladı - Aleyna Tilki gəlir
- Aygün Kazımovanın "Instagram" səhifəsi yenidən oğurlandı
- Son illərin ən böyük konserti baş tutacaq