"Altıncı "Yerli şirkətlərin tanıtım sərgisi"ndə həm yerli istehsalçılar, həm də idxalçılar iştirak edəcəklər. 252 yerli şirkətimiz öz məhsullarını təqdim edəcək. Bu, bizim hüdudlarımız daxilində böyük göstəricidir. 30 minə yaxın qonaq gözləyirik".
Oxu.Az xəbər verir ki, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə keçirilən 6-cı "Yerli şirkətlərin tanıtım sərgisi"nə həsr olunmuş brifinqdə "Marsol Group"un təsisçisi Tural Mustafayev deyib.
O qeyd edib ki, nümunə üçün bu il yalnız Özbəkistandan 100-ə yaxın iş adamı dəvət olunub.
Məhərrəm Əliyev