Onlayn taksi sifarişi xidməti “Uklon” artıq doqquz aydır ki, Azərbaycanda fəaliyyət göstərir. Bununla bağlı şirkət ölkə üzrə fəaliyyətinin yekunlarını açıqlayıb.
Azərbaycanda “Umico Bonus” loyallıq proqramı ilə strateji tərəfdaşlıq çərçivəsində fəaliyyətə başlayan “Uklon” bu qısa müddət ərzində artıq yüz minlərlə Bakı sakinin istifadə etdiyi xidmətə çevrilib.
Bu uğurun əsasında isə keyfiyyətli xidmət və istifadəçilərə təqdim edilən üstünlüklər, o cümlədən “Umico” bonusları qazanmaq və bonuslarla ödəniş etmək imkanı dayanır. Elektron xidmətin istifadəçiləri “Umico” bonus kartı ilə inteqrasiya olunmuş “Uklon” mobil proqramından istifadə edərək hər səfərdə keşbek qazanır və ya əvvəlki səfərlərdən qazanılmış keşbek bonusları ilə ödəniş edə bilirlər. Bildirək ki, digər xidmətlərdən fərqli olaraq, “Uklon”da sifarişin qəbul edilməsindən sonra qiymət sabit qalır.
Müasir avtomobillərlə müştərilərə xidmət edən “Uklon”da istifadəçilər 24/7 dəstək və problemi bildirmək imkanı sayəsində təhlükəsizliklərindən tam əmin şəkildə səfər edirlər. Qeyd etmək yerinə düşər ki, bu xidmətdə müştəri məmnunluğunu təmin edən amillərdən biri olan sürücülərin hazırlıq səviyyəsi də yüksəkdir. Belə ki, “Uklon” sürücülərinin 80%-nin reytinqi 5 ulduzlu sistem üzrə 4 ulduzdan yuxarıdır.
Qeyd edək ki, “Uklon” tətbiqini “iOS” və “Android” əsaslı mobil cihazlara yükləmək mümkündür.
Xidmət barədə daha ətraflı məlumat almaq və yeniliklərdən xəbərdar olmaq üçün onun rəsmi saytını, “Instagram”, “Facebook”, “YouTube”, “TikTok” və “Threads” səhifələrini izləyin.
“Uklon” haqqında:
“Uklon” Ukraynada əsası qoyulmuş, İT məhsulları istehsal edən beynəlxalq şirkətdir. 13 illik fəaliyyəti ərzində “Uklon” Ukraynada bütün taksi sifarişi xidmətləri arasında ən böyük coğrafi əhatəyə nail olmuşdur. Bu gün xidmət Ukraynanın 27 şəhərində fəaliyyət göstərir və onların bir çoxunda aparıcı yerləri tutur. “Uklon” mobil proqramı ayda 12 milyon dəfədən çox yüklənilib, 4 milyondan çox sifariş yerinə yetirilib. Digər “Uklon” məhsullarına “Map Services” xəritə xidməti və daxili prosesləri idarə etmək üçün CRM sistemi daxildir.
2023-cü ildə xarici bazarlarda güclü brend yaratmaq üçün görülən işlər çərçivəsində şirkət ilk olaraq Azərbaycan bazarına daxil olub və “Umico Bonus” loyallıq proqramı ilə tərəfdaşlıq çərçivəsində “Uklon.Powered by Umico” brendi altında fəaliyyətə başlayıb.