Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Onuncu Milli Marketinq Forumuna son üç gün qaldı
Ölkənin ən böyük biznes tədbirlərindən biri olan Milli Marketinq Forumu (MMF) bu il "Neoklassika" konsepti ilə 10-cu illiyini qeyd edəcək. Forum 9-10-11 may tarixlərində, ilk dəfə keçirildiyi məkan olan "28 Mall"da yerləşən "CinemaPlus"da təşkil ediləcək.
Bu ilki forumda fiziki iştirak oflayn və onlayn ("Meta" platformasında) olmaqla üç gün ərzində ümumilikdə doqquz panel üzrə 50-dək spikerin çıxışı planlaşdırılır.
Tədbirdə "Milli Keyslər", "Kommunikasiya və PR", "Yeni Texnologiyalar: Blokçeyn, Süni Zəka, Big Data", "Yaradıcı Sənayə", "Sosial Media və İnfluencerlər", "Satış və Ticari Marketinq", "İnnovativ Marketinq və Startaplar" kimi panellər təşkil ediləcək.
Forum çərçivəsində müzakirə olunacaq mövzular, marketinq sahəsinin hazırkı çağırışları və gələcək inkişaf istiqamətləri baxımından aktual olmaqla yanaşı, iştirakçılara praktik bilik və ilham verəcək dəyərli çıxışlar təqdim edəcək.
10 may tarixində keçirilək panellər üzrə spikerlər:
Milli keyslər paneli
Moderator: İlkin Manafov - "Mutfakçı" şirkətinin təsisçisi və direktoru;
Ülvi Aslanov - "Code Academy"nin təsisçisi və CEO-su;
Sübhan Hüseynov - "Senser" şirkətinin təsisçisi;
Şahbaz Xuduoğlu - "Qanun" nəşriyyatın direktoru;
Qəzənfər Aloyev - "Nano Fire Technologies" MMC-nin təsisçisi və direktoru;
Mikayıl Yusifov - "İNCİ Şirkətlər Qrupu"nun Müşahidə şurasının sədri.
Böyük Qayıdış paneli
Moderator: Sevinc Gülməmmədova - Diplomatik jurnalist, Baku TV-nin Beynəlxalq əlaqələr şöbəsinin rəhbəri;
Dr. İkram Rüstəmov - Nəfəs Psixi Sağlamlıq Akademiyasının təsisçisi;
Ərşad Hüseynov - Hüquqşünas, Yol hərəkəti təhlükəsizliyi üzrə mütəxəssis;
Fuad Quliyev - "Cinema Art" MMC-nin direktoru;
Rafiq Hunaltay - "Facemark" şirkətinin təsisçisi.
Yaradıcı Sənayelər və Trendlər paneli
Moderator: Emin Hüseynov - "Azərbaycan Televiziya və Radio Verlişləri" QSC-nin baş proqram direktoru;
Elnur Talıblı - "TAKE Advertising and Media"nın kreativ direktoru;
Zaur Məmmədov - "Maxmedia" agentliyinin direktoru;
Şəbnəm Hümbətova -"İrşad Electronics" MMC-nin Marketinq departamentinin rəhbəri;
İbrahim Qurbanov - AzTV Dublyaj redaksiyasının baş redaktoru;
Əkbər Əsədov - Radio Enerji 101.1 FM-in icraçı direktoru.
Hər panel üzrə dinamik və məzmunlu çıxışların təmin olunması məqsədilə iştirakçıların aktiv iştirakı və interaktiv sessiyalar da tədbir zamanı nəzərdə tutulur.
MMF-yə bilet əldə etmək və tədbirlə bağlı ətraflı məlumat əldə etmək üçün forumun rəsmi saytına (https://millimarketinqforumu.az/) keçid edə və sosial media hesablarımızı izləyə bilərsiniz.
"Facebook": https://www.facebook.com/MilliMarketinqForumu
"Instagram": https://www.instagram.com/milli_marketinq_forumu/
"Linkedln": https://www.linkedin.com/company/milli-marketinq-forumu/?viewAsMember=true
"Böyük Qayıdış" teqi üzrə xəbərlər
- Vətəndaşlara ŞAD XƏBƏR - Azad edilmiş rayonların daha səkkizinə maşınınızla gedə biləcəksiniz
- AQTA sədri: "Rusiya və Amerika Birləşmiş Ştatlarına ərzaqlıq yumurtanın ixracına başlanıb"
- Səhiyyə Nazirliyi tərəfindən Laçında ikigünlük oftalmoloji səyyar müayinələr keçirilib
- Əhməd İsmayılov Vətən müharibəsində və ondan sonrakı dövrdə medianın fəaliyyətindən danışıb
- Böyük Qayıdış prosesi uğurla davam edir