Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyası tərəfindən özəl məhkəmə eksperti qismində fəaliyyət göstərmək istəyən şəxslər üçün keçiriləcək icbari təlimə qeydiyyat başlayıb.
Təlimdə iştirak etmək istəyən namizədlər avqustun 6-dan sentyabrın 5-də saat 23:59-dək elektron ərizə formasını dolduraraq və tələb olunan sənədlərin skanerdən keçirilmiş surətini əlavə edərək müraciət edə bilərlər.
Elektron ərizə formasına əlavə ediləcək sənədlərin siyahısı aşağıdadır:
· şəxsiyyəti təsdiq edən sənədin skanerdən keçirilmiş surəti;
· ali təhsil haqqında sənədin notariat qaydasında təsdiq edilmiş və skanerdən keçirilmiş surəti;
· bir ədəd 3x4 sm ölçüdə fotoşəklin skanerdən keçirilmiş surəti.
Müraciət elektron qaydada qəbul edilir.
İcbari təlim ödənişli əsaslarla həyata keçirilir.
Qeyd edək ki, özəl məhkəmə eksperti qismində fəaliyyət göstərmək istəyən şəxslərin "Məhkəmə ekspertizası fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun 11-ci maddəsində müəyyən edilən tələblərə cavab verməsi zəruridir.
Əlavə məlumat əldə etmək üçün namizədlər (+994 12) 493-71-31 (daxili 125) nömrəli telefon vasitəsilə əlaqə saxlaya bilərlər.
