Kostyum geyinərkən – siz möhtəşəmsiniz. Xüsusilə, bu, “Pal Zileri” kostyumudursa.
“Pal Zileri” brendinin dizaynerləri qarşılarına dəbli, keyfiyyətli, zövqlü, digər brendlərə bənzəməyən kişi geyimləri yaratmaq məqsədi qoyub, bu məqsədə çatıblar. Bu gün “Pal Zileri”, 80-dən artıq ölkədə satılaraq, qüsursuz biçim, xüsusilə brend üçün istehsal olunmuş eksklüziv parçalar və aristokratik üslub ilə tanınır.
“Pal Zileri” brendi kişi geyiminə özünəməxsus baxışı ilə seçilir. Bu baxışın bünövrəsi – kişi kostyumu ilə uzunmüddətli iş təcrübəsidir. İtaliya tikiş ustalığı ənənələrinin müasir texnologiyalarla birləşməsi “Pal Zileri” brendini İtaliya keyfiyyətinin rəmzinə çevrilməsinə səbəb oldu. İndiyə kimi, brendin məhsulları yalnız İtaliyada istehsal olunur və hər geyimdə əl işindən istifadə olunur.
Payız-Qış 2021/22 kolleksiyası müasir kişinin şəxsiyyətini nümayiş etdirir: güclü, xeyirxah, təmkinli və məsuliyyətli. Geyimlərin bədənə xüsusi oturuşuna hər zamankı kimi xüsusi yer ayrılıb. Kolleksiya bir-biri ilə asanlıqla dəbli dəstlər yaradan əşyalardan ibarətdir və detallara xüsusi diqqət yetirilib. Həm klassik, həm gündəlik, həm idman üslublu geyimlər ilə tam mövsüm qarderobu yaratmaq mümkündür. Qalstukdan tutmuş paltoya kimi – bir mağazada istədiyiniz bütün geyim, həmçinin ayaqqabı və aksesuarları əldə edə bilərsiniz.
Brendin Payız-Qış 2021/22 kolleksiyası ilə Neftçilər pr-ti 5a ünvanında yerləşən mağazada tanış ola bilərsiniz.
Tel: +99412 492-22-49
Mob: +99450 385-50-73