"PAŞA Holding" tərəfindən təşkil edilən "Əlaçı" Təqaüd Proqramı istedadlı tələbələrin peşəkar və şəxsi inkişafına dəstək verməyə davam edir. 5 oktyabr 2025-cı il tarixində proqramın 2025-2026-ci tədris ili üçün açılış tədbiri keçirilib.
Belə ki, 2022-ci ildə gənc nəslin peşəkar inkişafı istiqamətdə müxtəlif layihələr həyata keçirən "PAŞA Holding", öz KSM fəaliyyəti çərçivəsində "Əlaçı" təqaüd proqramını tədqim edib. "Əlaçı" proqramı 3-cü və 4-cü kurs bakalavr tələbələrini əhatə edən və tələbələrin aylıq təqaüdlə təltif edilməsini nəzərdə tutan birillik təqaüd proqramıdır. 2025-2026-cı tədris ilini əhatə edən və beləcə artıq dördüncü dəfə təşkil olunan "Əlaçı" proqramı çərçivəsində tələbələr üçün onların peşəkar və fərdi inkişafına yönəlmiş tədbir və təlimlər təşkil olunur.
Qeyd edək ki, proqram yarananan bəri, dörd il müddətində, proqramda iştirak edən tələbələrin ümumi sayı 430-dan çox olub, bu il proqrama müraciət edən tələbələrin ümumi sayı 3 180-dən çox, proqrama seçilən tələbələrin sayı isə 100 nəfər təşkil edib. Layihə müddətində üç aylıq şəxsi inkişaf marafonu, oflayn təlimlər, fərdi mentor dəstəyi, karyera simulyasiyası, netvörkinq görüşləri və "PAŞA Holding", eləcə də "PAŞA Qrup" şirkətlərindən olan mütəxəssislərlə görüşlər də təşkil ediləcək. Bu tədbirlər tələbələrin həm yumşaq bacarıqlarının inkişafı, həm də karyera inkişafını əhatə edəcək.