“Paul&Shark” tanınan dəsti-xətti və yüksək İtaliya keyfiyyəti ilə seçilən bir brenddir. Köpək balığı şəklində loqolu geyimlər yalnız İtaliyada, innovativ texnologiyalardan istifadə etməklə, istehsal olunur. “Paul&Shark” aktiv həyat tərzini sevən insanların qarderobunda 60 ildən artıqdır ki, öz yerini tutur.
Brendin unikallığının səbəbi nədir? İlk olaraq ətraf mühitin qorunmasına diqqət yetirmək - məsələn, bütövlüklə yalnız təkrar emal edilən materiallardan hazırlanmış gödəkcənin istehsalı.


İkincisi, innovativ texnologiyalardan istifadə. “Paul&Shark” brendinin gödəkcələri tam suya davamlıdır, eyni zamanda hava sirkulyasiyası təmin edirlər və bu, onları son dərəcə rahat edir. Bakı havasının bir hissəsi olan küləyə davamiyyəti isə “Paul&Shark” modellərini bizim iqlimə uyğun edir. Brendin innovativ üstünlükləri arasında – istifadə olunan parçaların çirki və ləkələri özünə hopdurmamaq imkanı və ciblərin elektromaqnit dalğalarına qarşı qoruyucu qatıdır; bu da cibinizdə mobil telefon gəzdirməyinizin sağlamlığınız üçün tamamilə təhlükəsiz olması deməkdir.


Üçüncüsü, “Paul&Shark” həm də qüsursuz zövq rəmzidir. Brend yalnız parlaq, əlvan çalarlardan istifadə edir, bunların arasında mavi, qırmızı və ağ rənglərə üstünlük verilir – unutmayaq ki, bütün kolleksiyaların əsas mövzusu, illər boyu dəyişməz qalaraq, dəniz və gəmilərdir. Brendin Pol adlı təsisçisi səyahət zamanı “Paul&Shark” yazısını qədim bir gəminin üzərində görüb. Bu hadisə brendin həm adını, həm üslubunu təyin edib: yelkənli idman və ondan ilhamlanan gündəlik geyim. Dəniz mövzusu hətta mağazaların dizaynında da təkrar olunur.


Modellərin tərzi onları həm tətil zamanı, həm də gündəlik həyat üçün uyğun edir. Həmçinin, bütün kolleksiyalarda bir-birinə uyğun modellər var ki, bu da, asanlıqla dəbli obrazlar yaratmağa imkan verir.
Brendin yaz-yay 2022-ci il kolleksiyası ilə siz “Port Baku Mall”, 1-ci mərtəbədə yerləşən mağazada tanış ola bilərsiniz.
Əlaqə nömrəsi: +99451 225 80 72