“PMD Hospitality Group” böyük məmnuniyyətlə Uyqar Koçaşın baş icraçı direktor və İdarə Heyətinin sədri təyin edilməsini elan edir.
ABŞ və Türkiyədə 25 ildən çox təsirli təcrübəyə malik olan Uyqar Koçaş öz biliyini və qlobal təcrübəsini “PMD Hospitality Group”a gətirir.
“PMD Hospitality Group”a qoşulmazdan əvvəl Uyqar “JW Marriott Istanbul Bosphorus” və “Sheraton” İstanbul şəhər mərkəzi hotellərinin baş meneceri vəzifəsində çalışıb və yeni strategiyalar həyata keçirərək yüksək maliyyə göstəriciləri nümayiş etdirib. O, qonaqpərvərlik sahəsində karyerasının 12 ildən çox müddətini “The Marmara Hotels Collection”da rəhbər vəzifəsində çalışıb və burada biznes nəticələrinin artmasında, xidmət səviyyələrinin və məhsul keyfiyyətinin yüksəldilməsində mühüm rol oynayıb.
Strateji brend baxışı və müstəsna qonaqpərvərlik təcrübələrinin mükəmməl şəkildə həyata keçirilməsi ilə tanınan Uyqar peşəkar karyerası müddətində “Marriott International” Türkiyə-Azərbaycan İşbirliyi Şurasının sədri kimi də fəaliyyət göstərib.
Uyqar Koçaş yeni vəzifəsini şərh edərkən deyib:
“PMD Hospitality Group”un baş direktoru vəzifəsini qəbul etmək böyük həyəcan və fərqli məsuliyyətdir. Qonaqlarımız biznesimizin ürəyi, işçilərimiz isə onun ruhudur. Bizi rəqiblərimizdən fərqləndirən - bizim bənzərsiz lütfkar, fövqəladə isti və qonaqpərvər azərbaycanlı ruhumuzdur. Hotellərimizi özlüyündə bir təyinat məntəqəsinə çevirmək məqsədi ilə biz sürətlə böyüyən tibbi turizm və sağlamlıq istirahət sektorlarında imkanlar axtararaq yerli olaraq üstün, qlobal miqyasda genişlənəcəyik. Bizim iş yeri mədəniyyətimiz qarşılıqlı hörmət, xeyirxahlıq və zəhmətkeşlik olacaq; burada hər birimiz ortaq məqsədlərimizə nail olmaq üçün bərabər səlahiyyətə malikik”.
Uyqar Koçaş yeni vəzifəsində “PMD Hospitality Group”un mövcud brend portfelinə, eləcə də gələcək rebrendinq layihələrinə rəhbərlik edəcək. O, şirkətin böyüməsinə, qrupun milli ruhunun, həmçinin əməliyyat səmərəliliyinin artırılmasına, yeni tərəfdaşlıqlar və rəqəmsal innovasiyalar vasitəsilə qonaq təcrübəsinin inkişafına rəhbərlik edəcək.
Uyqar boş vaxtlarında idmanla, xüsusən də qaçışla məşğul olmağı çox sevir. O, gitarada ifa etməyi bacarır. Lakin hər şeydən əvvəl, o, ailəsi və uşaqları ilə vaxt keçirib, onların qayğısına qalmaqdan zövq alır.
Uyqara yeni rolunda və gözəl Azərbaycana təyinatında uğurlar arzulayırıq!
“PMD Hospitality Group” haqqında:
“PMD Hospitality” Azərbaycanda sağlamlıq və istirahət seqmentlərində hotelçilik aktivi idarəetmə portfelidir. İlk gündən “PMD Hospitality”nin məqsədi Azərbaycanın qeyri-neft sektorunun böyüməsi və turizm ekosisteminin inkişafına töhfəsi kimi müxtəlif hotelçilik aktivlərini yaratmaq, yerli peşəkar insan resurslarını artırmaq, əməliyyat mükəmməlliyini nümayiş etdirmək, korporativ sosial məsuliyyəti və ölkə regionlarının dayanıqlı iqtisadi böyümələrini təmin etmək olub.
“PMD Hospitality”nin aktivlər portfelinə bir neçə beşulduzlu hotel daxildir. “PMD Hospitality Group” tərəfindən idarə olunan hotellər – “Chenot Palace Gabala”, “Gashaltı Health Hotel”, “Chinar Hotel & SPA”, “Garabagh Resort & SPA”, “Galaalti Hotel & SPA”, “Lankaran Springs Wellness Resort”, “The Excelsior Hotel & Spa Baku”, “Ramada Plaza by Wyndham Gence”, “Goy Gol Lake Resort”, dəbdəbəli kurort – “Shamakhi Palace Sharadil” və yeni istifadəyə verilmiş “Badamdar Hotel & Residences”. Hotel əməliyyatları ilə yanaşı, “Paulaner Brauhauss” da qrupun portfelinə daxildir. Bundan əlavə, “PMD Hospitality Group” bu yaxınlarda elan etdiyi akademiya layihəsi vasitəsilə Azərbaycanın qonaqpərvərlik xidmətlərinin göstərilməsinin inkişafını özünə ən yüksək prioritet təyin edir.
Əlavə məlumat üçün www.pmdhospitality.az saytına daxil olun.