Son illər ölkəmizdə bir çoxlarının sevimli avtomobil brendinə çevrilən “Changan”, aralarında bağlanan müqaviləyə əsasən “Qarabağ” futbol klubunun (FK) partnyoru olacaq. Məlumat üçün qeyd edək ki, “Changan” avtomobillərinin ölkəmizdə rəsmi distribütoru “Azərbaycan Avtomobil Evi”dir.
Yerli bazarda bir sıra modelləri ilə öz seqmentində satış çempionu olan brendin 8 dəfə Azərbaycan çempionu, 6 dəfə ölkə kubokunun sahibi olan komanda ilə əməkdaşlığının uğurlu olacağı şübhə doğurmur. Bu əməkdaşlığın istər “Qarabağ” FK, istərsə də brendin pərəstişkarları üçün maraqlı kommunikasiya və yeniliklərlə zəngin olacağı gözlənilir.
Klubun baş məşqçisi Qurban Qurbanovun sözlərinə görə, özü daxil olmaqla, komanda üzvlərinin bir çoxunun “Changan” brendinə olan marağı bu əməkdaşlıqdan çox daha öncədən var idi. İndi bu brendlə əməkdaşlıq etmək, komandasının balansının tərkibində “UNI-K” və CS85 modellərinə sahib olmaq olduqca sevindirici haldır.
Qeyd edək ki, “Changan” brendi UNI seriyasından olan modellərinə 6 il və 250 000 km zəmanət təklif edir. Həmçinin, ilkin sadəcə 10% ödəniş etməklə, 5 illik müddətə “Changan” avtomobilinə sahib ola bilərsiniz.
Modelləri şəxsən canlı şəkildə görmək, bütün özəlliklərini qiymətləndirmək, barter şərtləri və digər mümkün məlumatları öyrənmək üçün “Changan Azəbaycan”a müraciət edin!
Ətraflı məlumat üçün:
*5544
Ünvan: Babək pr., 74